loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni il peçenyeləri resepti - FOTO RESEPT
Yeni il peçenyeləri resepti - FOTO RESEPT
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 2343
Səs ver:
Yeni ili hər kəs bir cür qarşılayır. Amma ailədə azyaşlı uşaqlar varsa, xırda detallara qədər düşünməlisiniz. Balacalar bayramı hələ bir neçə ay qalmışdan həyəcanla gözləyir. Çünki şirniyyat sevən uşaqlar valideyinlərinin onları bolluca şirniyyatla təmin edəcəklərindən əmindilər. 

Ən gözəli isə analarının evdə hazırlayacağı rəngli, çox dadlı, qeyri-adi şirniyyatları böyük həyəcanla gözləyirlər. Elə bayrama-bayram qatan doğmaları sevindirmək, körpələrinizin üzündə gülüşlərə səbəb olmaqdır.

Odur ki, onlara sevinc bəxş etmək üçün əlinizdən gələni etmək istəyirsinizsə Qadınlar.biz sizə təqdim etdiyi yeni il peçenyesinin reseptindən yararlana bilərsiniz. Yeni il yolkası formasında və bunun kimi digər maraqlı formalar verərək, uşaqlarınızı sevindirəcək bu peçenyeləri hazırlamağa başlaya bilərsiniz.

Tərkibi:
100 q bal
1 paket darçınlı şəkər tozu
1 paket vanilli şəkər tozu
1 çay qaşığı kakao
60 q kərə yağı
1 ədəd yumurta
280 q buğda unu
2.5 çay qaşığı qabartma tozu
2 xörək qaşığı süd xəmirin üstünə sürtməyə
Hazır satılan bir neçə paket rəngli qlazurlar.

Hazırlanması:
Bal, darçınlı şəkər tozu, vanilli şəkət tozu və kakao əlavə edilərək, qazanın altını yandırıb yaxşıca qarışdırın. Məhsullar tamamilə həll olduqdan sonra soyuması üçün gözləyin.

Tam soyuduqdan sonra üzərinə yumurta əlavə edib, sürətli mikserlə yaxşı-yaxşı çalın. Unu qabartma tozu ilə qarışdıraraq, az-az ballı qarışıma əlavə edib, mikserlə həll edin. Ən sonda hazır olan xəmiri paketə büküb soyuducaya qoyun.
Soyuduqdan sonra xəmirdən 0.5 sm qalınlıqda yuxa yayın. Yaydığınız yuxalardan müxtəlif formalar kəsərək, 180 dərəcə qızdırdığınız sobada 12-13 dəqiqə bişirin.

Bişdikdən sonra tam soyudub üzərini rəngli qlazurlarla bəzəyib süfrəyə, balacalara təqdim edə bilərsiniz. Rahatlıqla doğmalarınız üçün hədiyyə paketi də hazırlaya biləcəksiniz.

 

 

 

 

Nuş olsun!

Şərhlər:
Baxılıb: 2343
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz