Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şokoladlı ekler resepti - FOTO RESEPT
Şokoladlı ekler resepti - FOTO RESEPT
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2483
Səs ver:
Tərkibi:
125 qr su
2 qr duz
60 qr kərə yağı
75 qr un
3 əd toyuq yumurtası
125 qr inək südü
20 qr şəkər tozu
1 x/q kraxmal (tam dolmayan)
50 qr acı şokolad

Hazırlanması:
Ərzaqlar hazırlanır.

Kremin hazırlanması üçün lazım olan ərzaqlar hazırlanır.

Bir qazana su, duz və kərə yağı əlavə edilir. Yağ tam əriyənə qədər isidilir.

Yumurtanın birini ayrı boşqabda digər ikisi isə digər boşqabda sındırılıb çəngəl ilə qarışdırılır.

Yağ əridilən qazana unun hamısı birdən tökülür və qarışdırılır. Məhlul o saat yığılıb və qazanı sirkələdikdə bir kündəyə çevirilməlidir.

Alınan kündəni bir neçə dəqiqə ərzində qarışdırıb "qurutmaq" olar, sonra oddan götürüb, üzərinə bir yumurta əlavə edilir. Yaxşıca qarışdırılır. Sonra üzərinə az-az digər boşqabdakı yumurtalar əlavə edilir. Və hər dəfə qatılaşanadək qarışdırılır. Adətən yumurtaların hamısını istifadə etmirlər, boşqabda bir qədər yumurta saxlanılır. Bunu onun üçün edirlər ki, xəmir plastik və yumşaq alınsın. Yoxlamaq üçün, xəmirin üzərindən barmağınızla xətt çəkin, əgər xəmir lazımı qədər plastikdirsə - alınan dəlik o saat bir qədər örtülməyə başlayacaq.

Alınan xəmiri diametrki 14 mm olan "dişli" qənnadı kisəyə əlavə edilir. Əgər qənnadı kisənin dişliyinin diametri az olarsa, o zaman eklerin uzunluğunuda ona proporsional olaraq qısa edilir. Klassik eklerin orta uzunluğu 14 sm olur. Lakin daha vacibi eklerlərin eyni ölçüdə olmasıdır.

Sac kərə yağı ilə yağlanır, kağız salfetlə silinir. Xətkeş və ya digər düz alətlə sacın üzərində un ilə düz xətlər yaratmaq ki, eklerləri düzgün yerləşdirmək mümkün olsun.

Ehtiyyatla eklerlər düz xətlər boyunca saca düzülür.

Eklerlər 30-40 dəqiqəlik, əvvəlcədən 180 dərəcədə isidilmiş sobaya göndərilir. Onlar çox sayda çatlamamalı, yalnız hər iki böyürdən çatlar əmələ gəlməli və o çatlar qızılı rəng alanadək sobada saxlanmalıdırlar.

Eklerlər hazırlananadək, bişmiş (zavarnoy) krem hazırlanır. Bunun üçün qazana süd əlavə edilir, digər boşqabda isə yumurta sarısı, şəkər tozu və kraxmal qarışdırılır.

Şokolad mikrodalğalı sobada əridilir.

Süd qaynayanda qarışdıraraq üzərinə yumurta sarısı əlavə edilir. Dayanmadan qarışdıraraq, üzərinə şokolad əlavə edilir və bir dəqiqə ərzində bişirilir. Kərə yağı əlavə edib, oddan çıxarılır və yağ tam əriyənədək qarışdırılır. Alınmış məhlul üzərinə qida torbası salınmış saca əlavə edilir. Üzərinə birdaha qida torbası salınaraq sac 15 dəqiqəlik dondurmaya yerləşdirilir.

Eklerlər soyudulur. Dişi balaca olan taxmaqla eklerin üzərində dəliklər edilir (bu zaman xəmir taxmaqda qalmalı.)

Donmuş bişmiş krem boşqaba yerləşdirilir.

Sonra qənnadı torbanı kremlə doldurub və dəliklərin diametrində olan taxmaqla eklerlərin içi doldurulur.

Üzərinə çıxan krem ehtiyyatla götürülür.

Şokoladlı boya azacıq isidilir (təqribi 30 dərəcə qədər) və hər eklerin üzərinə ehtiyyatla yaxılır.

Eklerlər hazırdı!

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Şokoladlı ekler resepti - FOTO RESEPT

Nuş olsun!


Şərhlər:
Baxılıb: 2483
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz