Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bananlı tort resepti - FOTO RESEPT
Bananlı tort resepti - FOTO RESEPT
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3166
Səs ver:
Tərkibi:
Biskivit üçün:

1 st un
6 ədəd yumurta
1 st şəkər
0,5 ç/q vanil

Krem üçün:
1 ədəd yumurta
1st şəkər
1 st süd
1x/q un
300 qr kərə yağı

İçi üçün:
2 ədəd banan
Qeyd: Mən zavarnoy kremdən istifadə etmişəm.

Hazırlanması:
Tortu hazırlayarkən ilk öncə zavarnoy kremi bişiririk ki biskivit bişənə kimi soyusun.

1. Zavarnoy kremi hazırlamaq üçün yumurta, şəkər, süd,un qazana tökülür və qaşıqla çoxlu qarışdırılır (çırpma teli varsa onunla daha rahatdır).

2. Qarışdırdıqdan sonra orda istilikdə qaza qoyub qatı hal alana kimi bışiririk. Bişirən zaman mütləq kremi qarışdırmaq lazımdı. Əks halda çürümə ola bilər.

3. Krem qatılaşan zaman qazdan alınır və tam soyudulur. Tam soyuduqdan sonra kərə yağı əlavə olunur və mikserlə ağarana kimi çalınır.

4. Biskiviti hazırlamaq üçün iki qab götürülür (qablar tam quru olmalıdır). Yumurtanın ağını sarısından ayırıb ayrı-ayrı qablara tökülür.

5. 1 st şəkərin yarısını yumurtanın ağına, yarısını sarısına tökürük.

6. Mikserin köməyi ilə yumurtanın ağını çoxlu çalırıq .Mikserle çalınarkən mikserin ağıznın təmiz olmağına diqqət yetirmək lazımdır.Ədər biraz yaş olarsa və ya başqa qalıq olarsa yumurtanın ağı yaxşı şişməyəcək və bərk olmayacaq. Mikserlə o vaxta qədər çalınır ki qabı başı-aşağı tutduğumuzda alınan kütlə tökülməməlidir.

7. Mikserin ağızları yuyulur, yaxşı qurulanır. Sonra yumurtanın sarısı şəkərlə çalınır (o qədər çalınır ki rəngi açılsın).

8. Alınan iki kütlə ust-üstə tökülür və silikon qaşıqla yavaş-yavaş qarışdırlır (çox qarışdırmaq olmaz).

9. Üzərinə ələkdən keçirilimiş un və vanil əlavə olunub silikon qaşıqla qarışdırılır (çox qarışdırmaq olmaz).

10. Xəmir hazır olan kimi tez bişməyə qoymaq lazımdır. Çünki xəmir kənarda qalarsa sonra yaxşı şişməz. Bunun üçün xəmir diametri 23 sm olan tavaya tökülür.

11. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 20-25 dəqiqə bişirilir. Sobanın ağzını 15 dəqiqə ərzində açmaq olmaz. Xəmirin üzü acıq qızılı rəng aldıqda taxta çöplə xəmirin bişməyini yoxlamaq lazımdır.Əgər taxtanın üstündə xəmir yoxdusa deməli biskvit bişib.

12. Biskvit hazir olduqdan sonra soyudulur və iki bərabər hissəyə bölünür.

13. Biskvitin bir hissəsinə krem vurulur və üzərinə doğranmış banan dilimləri düzülür.

14. Biskvitin ikinci hissəsinə də krem vurulub bananın üstündən qoyulur.

15. Tortun kənarları, üstü kremlənir və zövqə görə bəzədilir.

Qeyd: Tortun bəzədilməsində krem şantidən də istifadə etmək olar.

Bananlı tort resepti - FOTO RESEPT

Bananlı tort resepti - FOTO RESEPT

Bananlı tort resepti - FOTO RESEPT

Bananlı tort resepti - FOTO RESEPT

Bananlı tort resepti - FOTO RESEPT

Bananlı tort resepti - FOTO RESEPT


Nuş olsun!


Şərhlər:
Baxılıb: 3166
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz