Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Karakum tortu resepti
Karakum tortu resepti
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 6027
Səs ver:
Tərkibi:
biskvit üçün:

5 ədəd yumurta
320 qr şəkər tozu
150 qr əridilmiş kərə yağı
2 stəkan un
2 x/q kakao
6 x/q xama
1 x/q qabartma tozu
vanil

krem üçün:
1 porsiya bişmiş (zavarnoy) krem
500 qr kərə yağı
100 qr qatılaşdırılmış süd

3 x/q kakao
vanil
150 qr qoz

Hazırlanması:
İnqredientlər hazırlanır. Biskvit unu hazırlamaq üçün un, qabartma tozu, kakao və vanil yaxşı qarışdırılır. Yumurtaların sarısı ağından ayrılır və hər birinin üzərinə 160 qr şəkər tozu əlavə edilir (həmçinin baxın: "Yumurtanın sarısını ağından ayırma üsulları").  İlk öncə yumurtanın ağı şəkərlə birlikdə qatılaşana qədər mikserlə çalınır (mikser təmiz olmasa yumurta yaxşı köpməyəcək). Sonra yumurtanın sarısı mikserlə qarışdırılır. Yumurtanın sarısı qarışdırılandan sonra üzərinə xama və ərdilmiş yağ əlavə edilərək mikserlə aşağı sürətlə bir dəqiqə ərzində qarışdırılır. Alınmış məhlula yavaş-yavaş, silikon (və ya taxta) qaşıqla qarışdırılaraq hazırlanan biskvit unu əlavə edilir. Nəticədə qatı kütlə alınır. Ardınca alınmış kütləyə yumurtanın ağı silikon (və ya taxta) qaşıqla qarışdırılaraq əlavə edilir. Alınmış biskvit xəmiri 26 sm diaqonallı bişirmə formasına (tavaya) əlavə edilir. Əvvəlcədən 180°C temperaturunda qızdırılmış sobada 25-30 dəqiqə bişirilir. Kremi hazırlamaq üçün bişmiş kremin üzərinə qatılaşdırılmış süd, kakao, vanil, yumuşaldılmış kərə yağı əlavə olunur və mikserlə tam krem halına düşənə qədər qarışdırılır. Qoz ləpələri tavada bir qədər qızardılır. Ləpələr sürtkəcdən keçirdilir. Alınmış biskvit soyudulur. Dairəvi formada kəsilir (kəsik hissələr bəzədilməsində istifadə ediləcək). Dairəvi forma veriləndən sonra iki bərabər hissələrə bölünür. Biskvitlərin üzərinə krem əlavə edilir və sürtkəcdən keçirdilmiş qoz səpilir.  Biskvitlər üst-üstə qoyulur və hər tərəfinə bərabər miqdarda krem vurulur.  Biskvitin qalan hissələri sürtkəcdən keçirdilərək ovulur və tortun bəzədilməsində istifadə edilir.  Tort zövqə görə bəzədilir. Biz şokoladlı qlazurdan, gel-karandaşdan, qənnadı muncuq və zərdən istifadə etmişik.

Nuş olsun!


Şərhlər:
Baxılıb: 6027
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz