Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Amerika sayağı alma piroqu resepti - FOTO RESEPT
Amerika sayağı alma piroqu resepti - FOTO RESEPT
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5496
Səs ver:
Tərkibi:
300 qr un
200 qr + 20 qr üzərinə çəkmək üçün kərə yağı
6 ədəd alma
2 x/q buzlu su
1 x/q xəmir üçün + 2 x/q limon şirəsi
4-5 x/q şəkər tozu
0,5 ç/q darçın
1 x/q kraxmal
1 ədəd toyuq yumurtası (piroqu yağlamaq üçün)
bir çimdik duz

Hazırlanması:
1. Payız ayı alma ayıdır və əgər siz amerika sayağı alma piroqu hələ dadmamısınız o zaman bu reseptlə tanış olmağınızı məsləhət görürük. Asan hazırlanan, çox dadlı və zərif alınan piroqdur. Lazım olanlar sadədə qat-qat xəmir və bir neçə dadlı almalardır.

2. Bir boşqaba ələkdən keçirilmiş un, üzərinə duz və soyuq yağ hissələri əlavə edilir.


3. Sonra bıçaqla yağlar doğranılıb qarışdırılır.


4. Alınmış kütləyə buzlu su və limon şirəsi əlavə edilib xəmir yoğrulur. Kündə bir saatlıq soyuducuya yerləşdirilir.


5. Alma qabığından təmizlənir və kubik şəklində doğranılır. Üzərinə 2 xörək qaşığı limon şirəsi əlavə edilir.


6.
Kraxmal, şəkər tozu, darçın əlavə edilərək qarışdırılır. Almanın şirinliyindən asılı olaraq şəkərin miqdarı dəyişir.


7.
Formaya (təqribi 22 sm) xəmirin 2/3 hissəsi nazik qat ilə, qıraqları formanın qıraqlarına yapışdırılaraq əlavə edililr. Xəmir əllərin təsiri altında əriməsin deyə onunla tez işləmək lazımdır. Əgər xəmir yumşalıb dağılırsa, o zaman onu yenidən soyuducuda saxlamaq gərəkdir. Xəmirin üzərinə almalar əlavə edilir (məsləhət edirik ki almaları bir qədər qıraqlardan hündür edəsiniz, çünkü bişmə zamanı almalar çökəcəklər. Bizim reseptdə, elə etmədiyimiz üçün, piroqun ortası bir qədər çöküb).


8. Xəmirin qalan hissəsi yayılır və içliyin üzərinə bağlanır. Qıraqlar bərkidilir, xəmirin ortasında parın çıxması üçün dəliklər edilir. Piroq 15-20 dəqiqə ərzində soyuducuya yerləşdirilir. Sonra piroqun üstü yumurta ilə yağlanır və ora bir neçə hissə kərə yağı düzülür. Əvvəlcədən 190 dərəcədə isidilmiş sobada 50-60 dəqiqə müddətində, rəngi qızarana qədər bişirilir.


9. Hazır olmuş piroq soyuyandan sonra, üzərinə şəkər pudrası vurularaq süfrəyə verilir.


Nuş olsun!


Şərhlər:
Baxılıb: 5496
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz