Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nutella tortu resepti
Nutella tortu resepti
Göndərən: tek umidim sen
Şərhlər:
Baxılıb: 18832
Səs ver:
Tərkibi:
4 ədəd yumurta
1,5 st. şəkər tozu
100 qr kərə yağı
3 x.q bal
1 ç.q soda
5 x.q kakao
Apardığı qədər un

Arası üçün:
10%-li yağsız qaymaq və ya süd

Krem:

3 st süd
2 st şəkər tozu
2 x.q un
Vanil
300 qr kərə yağı

Üzərinə:
2 x.q kakao
4 x.q şəkər tozu
6 x.q süd və ya su
50 qr kərə yağı
Şəkər pudrası

Hazırlanması:

Xəmiri hazırlamaq üçün su hamamı lazım olacaq. İri bir qazana su tökülərək odun üzərinə qoyulur, xəmiri hazırladığımız qabı qazanın üzərinə yerləşdiririk.
Qaba yağ, yumurta, şəkər tozu, bal, 2 st un əlavə edərək əl çırpması ilə şəkər tozu əriyənə qədər qarışdırırıq .
Hazır kütləni odun üzərindən götürüb soda, kakao, apardıgı qədər də un əlavə edib xəmir hazırlayırıq.
Xəmiri kündələrə ayırırıq.
Un səpib yayırıq. Un səpilmiş listə qoyub bıçaqla deşdəkləyib, 180- 200 dərəcədə hazır olana qədər bişiririk.
Qıraqların kəsərək formaya salırıq. Qatlara qaymaq və ya süd çəkilir.
Qazana şəkər tozu, un əlavə edilib qarışdırılır, üzərinə süd əlavə edilərək odun üzərinə qoyularaq əl çırpması ilə qarışdırılır.
Hazır olduqda odun üzərindən götürülüb soyudulur. Yumuşaldılmış yağ, vanil mikserdə çalınaraq hazır kütlədən qaşıq-qaşıq əlavə edilib krem alınana qədər çalınır.
Qatlara krem çəkilərək üst-üstə yığılır.
Qazana süd, şəkər tozu, kakao əlavə edilir, odun üzərinə qoyulur, qaynayana qədər qarışdırılır. Qatılaşanda odun üzərindən götürülür, yağ əlavə edilib qarışdırılır.
Qlazur tortun üzərinə çəkilir.
Üzərinə şəkər pudrası səpilir. Yaxşı olar ki tort bir gün sonra dilimlənilib süfrəyə verilsin.
Nutella tortumuz hazırdr.

Nuş olsun !!


Şərhlər:
Baxılıb: 18832
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz