Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mannı tortu resepti
Mannı tortu resepti
Göndərən: BuseNaz
Şərhlər:
Baxılıb: 11135
Səs ver:
Tərkibi:
Xəmir üçün:
4 yumurta
2 st. 10-15%-li xama
2 st. şəkər tozu
1,33 st. mannı yarması
1,5 ç.q. söndürülmüş soda
3 x.q. kakao

Krem üçün:
350 q kərə yağı
1 banka qatılaşdırılmış süd (8,5%-li)

Qlazur:
4 x.q. şəkər tozu
3 x.q. kakao
2 x.q. süd
70 q kərə yağı
qoz (istəyə görə)
xaş-xaş (istəyə görə)

Hazırlanması:
Şəkər tozu, xama, yumurta, söndürülmüş sodanı çalın. Tədricən mannını əlavə edin. Xəmiri iki bərabər yerə bölün, birinə kakao və xırdalanmış qoz (və ya xaş-xaş) qatın. Əlavələri sevmirsinizsə, yalnız kakao qatın. Hər hissədən iki korj bişirin (cəmi 4 korj: ikisi ağ, ikisi kakaolu). Sinini yağlayın. Siniyə tökməzdən əvvəl xəmiri bir də qarışdırın, çünki mannı dibə çökür.  180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Bu qayda ilə 4 korj bişirin.
Krem: yumşaldılmış kərə yağını qatılaşdırılmış südlə çalın.
Qlazur: şəkər tozu, yağ, süd və kakaonu qarışdırıb ocağın üstünə qoyun. Qarışdırın, qaynara düşəndən sonra vam odda daha 5 dəqiqə bişirin. Soyudun.

Korjlara şərbət hopdurun (1:1 nisbətində su və şəkər tozu, həmçinin konyak əlavə edə bilərsiniz, həmçinin mürəbbə suyuna süd qatıb ondan da istifadə edə bilərsiniz).
Şərbət korja hopandan sonra üzərinə krem çəkin. Rənglərini növbələməklə və aralarına krem çəkməklə korjları üst-üstə qoyun. Kənarına krem çəkin.
Üst qatına krem çəkməyin, qlazur tökün. Üstünü zövqünüzə görə bəzəyin. Məsələn, ağ kremin qalanını şprisə doldurub tortun üstünə zolaqlar çəkin, sonra isə kibrit və ya diş çöpü ilə sağa-sola hərəkət etdirin, qəşəng naxış alınacaq.

Nuş olsun!


Şərhlər:
Baxılıb: 11135
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz