Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişmişli bulka resepti
Kişmişli bulka resepti
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 30299
Səs ver:
Tərkibi:
2 stəkan (500 ml) süd
150 qram şəkər tozu
2 çay qaşığı quru toz-maya
100 qram Westgold kərə yağı
150 qram kişmiş (mən qara kişmişdən istifadə etdim. İstəyə görə ağ kişmiş qata bilərsiniz
5 stəkan yarım un
Bir çimdik duz
2 yumurta (birinin sarısını bulkaların üstü üçün ayırın

Hazırlanması:
Südü bir az isidin (ilıq olmalıdır). Üstünə şəkər tozunu əlavə edib qarışdırın.
Toz-mayanı da əlavə edib qarışdırıb kənara qoyun.
Kərə yağını əridib soyuması üçün kənara çəkin.
Kişmişi yuyub suyunu süzün.
Ləyənə 4 stəkan un ələyin. Duz, mayalı-şəkərli süd, əridilmiş yağ və yumurtaları əlavə edib qarışdırın.
Üstünə qalan unu da əlavə edib xəmir yoğurun (unun hamısını birdən tökməyin, tədricən tökün, çünki hamısı lazım olmaya bilər).
Xəmir əvvəlcə ələ yapışacaq, amma yoğurduqca hamar olub yapışmayacaq. Yenə ələ yapışırsa biraz da un qatın.
Kişmişi əlavə edib yenə yoğurun.
Ləyənin dibinə bir az duru yağ gəzdirib xəmiri buraya yerləşdirin.
Üstünü örtüb gəlməsi üçün isti yerə qoyun. Xəmir 1.5 – 2 saat sonra gəlmiş olmalıdır.
Xəmiri balaca kündələrə bölün (təxminən 16 ədəd).
Xəmir toplarını bir-birindən aralı olmaq şərtilə dibinə perqament kağızı sərilmiş listə düzün (perqamentiniz yoxdursa, listi bir az yağlayın). Listin ölçüsündən asılı olaraq 1 və ya 2 list lazım ola bilər.
Listi  çay dəsmalı ilə örtüb 30 dəqiqəlik kənara qoyun ki, xəmir bir qədər də qabarsın.
Sobanı 190Cdək isidin. Ayırdığınız yumurta sarısını bir qaşıq südlə qarışdırın.
Bu qarışığı bulkaların səthinə çəkin. Listi sobanın orta gözünə yerləşdirib (2 listdən istifadə edirsinizsə,  birini yuxarı, digərini aşağı yerləşdirib, 10 dəqiqədən sonra yerlərini dəyişin) bulkaları 20 dəqiqə, yaxud üstləri qızaranadək bişirin.

Nuş olsun!


Şərhlər:
Baxılıb: 30299
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz