Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şokoladlı ləziz rulet
Şokoladlı ləziz rulet
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 2723
Səs ver:
Tərkibi:
4 ədəd yumurta
0,5 çay qaşığı limon suyu
100 qr un
Bir çimdik duz
50 qr qara şokolad
150 qr şəkər pudrası
1 stəkan hazır qəhvə

Krem üçün:
2 xörək qaşığı şəkər pudrası
20 ml likör (vacib deyil)
400 qr xama
1 çay qaşığı üyüdülmüş qəhvə (tez həll olan qəhvə də ola bilər, mütləq deyil üyüdülmüş qəhvə olsun)
200 qr qara şokolad
Bəzəmək üçün:
Kakao

Hazırlanması:

Əvvəlcə kremi hazırlamaq üçün xamanı azca qızdırırıq (qaynara düşməsin). Oddan götürürük, şokoladı, qəhvəni, şəkər tozunu xamanın üzərinə əlavə edirik. Birlikdə qarışdırırıq 10-15 dəqiqə. Otaq temperaturunda soyumağa qoyuruq, soyuducuda qalsa daha yaxşı olar, təxminən 1,5-2 saat. Krem azca donmalıdır.
Biskviti hazırlamaq üçün yumurtanı, şəkər tozunu, unu, şokoladı, duzu, bir də limon suyunu götürürük.
Şokoladı gördüyümüz kimi əridirik (qazın üzərində vam odda
Yumurtanın sarısını ağından ayırırıq və şəkər tozuyla mikserlə çalırıq, üzərinə limon suyunu bir də duzu əlavə edirik.
Yumurtanı mikserlə çalarkən azca əyib dinlədin, əgər alınan kütlədən fışıltı səsi gəlirsə, deməli hələ hazır deyil, tam hazır olana qədər çalmaq lazımdır, sonda yumurtanın sarılarını da əlavə edib yenidən çalırıq.
Daha sonra unu əlavə edirik. Xəmirin yaxşı olması üçün unu az-az əlavə edirik.
Əritdiyimiz şokoladı əlavə edirik bura, yaxşıca qarışdırırıq ki, içində hava qalmasın (hava olarsa, üzərində xırda köpüklər olur).
Tavaya perqament kağız səririk və xəmiri səliqə ilə, hər tərəfi eyni olmaqla tavaya əlavə edirik. Qabaqcadan 170 dərəcə isidilmiş sobada təxminən 15 dəqiqə bişiririk.
Şokoladlı ləziz rulet Çalışın biskviti qurutmayın, bişməsini yoxlamaq üçün kibrit çöpünü biskvitə batırın, əgər çöpdə xəmir qalmadısa, deməli hazırdır. Biskvit hazır olduqdan sonra onu tavadan perqament kağızla birgə çıxarıb isti-isti rulet formasında bükmək lazımdır.
Rulet soyuyana qədər kremi soyuducudan çıxarırıq, yenidən mikserlə çalırıq. Soyumuş ruleti açırıq, qəhvənu onun hər tərəfinə tökürük, daha sonra kremləyirik.
Şokoladlı ləziz rulet Kremlədikdən sonra yenidən folqaya bükürük və soyuducuda 1 saat saxlayırıq.
Şokoladlı ləziz rulet
1 saatdan sonra folqadan açıb üzərinə də krem sürtürük, sonra kakao səpirik.
Ruletimiz hazırdır.
Şokoladlı ləziz rulet

Nuş olsun!


Şərhlər:
Baxılıb: 2723
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz