Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Klassik tort
Klassik tort
Göndərən: MALIS
Şərhlər:
Baxılıb: 4827
Səs ver:
Qoz ləpəsi olan korj üçün:
1 ədəd yumurta
0,5 stəkan (80 qram) şəkər tozu
115-120 qram xama (yağlılığı 25%)
0,5 ç.q. soda
0,75-1 stəkan (70-100 qram) un
1 x.q. nişasta
0,75 stəkan qoz ləpəsi

Xaş-xaşlı korj üçün:
1 ədəd yumurta
0,5 stəkan (80 qram) şəkər tozu
115-120 qram xama (yağlılığı 25%)
0,5 ç.q. soda
0,75-1 stəkan (70-100qram) un
1 x.q. nişasta
0,5 stəkan xaş-xaş

Qaysı qurusu olan korj üçün:
1 ədəd yumurta
0,5 stəkan(80qram) şəkər tozu
115-120 qram xama
0,5 ç.q. soda
0,75-1 stəkan (70-100 qram) un
1 x.q. nişasta
0,5 stəkan qaysı qurusu
Krem üçün
 
 
100-150 qram kərə yağı
0,5 banka (200 qram) qatılaşdırılmış süd

Tortu bəzəmək üçün:
Şokolad
Qoz ləpəsi

Hazırlanma qaydası:
Tort üçün müxtəlif ədavalarla olan 3 korj bişirmək lazımdır.
Qoz ləpəsini xırdalayın. Qaysı qurusunu yuyub, üzərindən qaynar su töküb 15-20 dəqiqə ərzində kənara çəkin.
Sonra qaysı qurusunun suyunu süzüb, qurudub, xırda kub formasında doğrayın.
Xaş-xaşı ilıq su ilə yuyub, üzərinə təmiz su töküb, sobada vam odda 20-30 dəqiqə ərzində qaynayana qədər bişirin.
Sonra narın süzgəcdən keçirib, 2-3 qatlı cunaya yerləşdirib, yaxşıca sıxın.
Xəmiri hazırlamağa başlayın.
Qoz ləpəsi olan korju hazırlamaq üçün:
boşqabda yumurtanı sındırıb, üzərinə şəkər tozu əlavə edib, yaxşıca çalın.
Sonra üzərinə xama və soda əlavə edib, qarışdırın. (5 dəqiqə ərzində kənara çəkib, saxlayın).
Un və nişastanı ələkdən keçirib, hazırladığınız kütlənin içinə əlavə edərək, qarışdırın.
Sonra xəmirin üzərinə xırda doğranılmış qoz ləpəsini əlavə edib, qarışdırın. Xəmir qatı xama kimi olmalıdır.
Bişirmək üçün xüsusi forma qabını yağlayıb, xəmiri tökün. 170-180 dərəcə qızdırılmış sobada 18-20 dəqiqə ərzində xəmiri bişirin.
Eyni üsulla xaş-xaşlı korju da hazırlayın, korja qoz ləpəsinin əvəzinə əvvəlcədən hazırladığınız xaş-xaşı əlavə edin.
Həmçinin bu korju da 170-180 dərəcə qızdırılmış sobada 18-20 dəqiqə ərzində bişirin.
Sonuncu korja qaysı qurusu əlavə edib, bişirin.
Hər 3 korju soyumaq üçün kənara çəkin.

Krem hazırlamaq üçün:
Yumuşaldılmış kərə yağın üzərinə qatılaşdırılmış südü əlavə edib, mikserdə çalın.
(İstəsəniz qatılaşdırılmış südlü kremin əvəzinə xamalı krem istifadə edin.) Xamanı şəkər tozu ilə çalıb, xamalı krem hazırlayın).
Soyumuş korjlara krem sürtüb, üst-üstə qoyun.
Tortun üstünə və kənarlarına krem sürtüb, xırda doğranılmış qoz ləpəsi və sürtkəcdən keçirilmiş şokoladla bəzəyin.
Hazırladığınız tortu bir neçə saata soyuducuya yerləşdirin.

Nuş olsun!


Şərhlər:
Baxılıb: 4827
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz