Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Jozefina Tortu
Jozefina Tortu
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2607
Səs ver:
Tərkibi: 
Yağlı, qat-qat xəmir:
1 yumurta
2 xörək qaşığı limon şirəsi
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
Vanil
3 stəkan un
1 stəkan soyuq su
250 q marqarin

Bişmiş krem: 

1,5 stəkan süd
4 yumurtanın sarısı
1 natamam stəkan şəkər tozu
Vanil
200 q kərə yağı
1 xörək qaşığı konyak
1,5 xörək qaşığı qovrulmuş un (yağsız)
150 q quru meyvə qarışığı
6 alma

Hazırlanması


Yağın 100 qramını unun içinə qoyub bıçaqla döyün. Yumurta, limon şirəsi, şəkər tozu, duz, vanil, un və 1 st. soyuq su əlavə edərək qarışdırın (ovuntuq kimi olmalıdır, çox yoğurmaq lazım deyil). Yağın qalan hissəsini (150 q) 2-3 x.q. unla bıçaqla döyün.Ovuntuqdan ibarət xəmiri dördbucaq formasına salın, yayın, unla qarışdırdığınız yağı ortasına qoyun, zərf kimi bükün. Sonra ortadan iki büküb soyuducuda saxlayın. Yarım saat sonra çıxarıb yayın, iki qatlayıb yenə soyuducuda saxlayın. Proseduru 3-4 dəfə təkrarlayın. Sonra hazır xəmiri yayın, eni 5-6, uzunu 20 sm olan şəridlərə doğrayın (24 şərid alınmalıdır. Əslində bütöv olaraq 3 yerə də bölmək olar, ancaq belə daha asandır). Şəridlərin üstünə xırda doğranmış alma səpin, çəngəllə bir neçə yerdən deşin, şəkər tozu səpin, sinidə yan-yana düzün və sobada qızılı rəng alanadək bişirin. Krem: 4 yumurtanın sarısını çalın, tavada yağsız qovrulmuş un, şəkər tozu, süd əlavə edib çalın. Ocağın üstünə qoyun. Daim qarışdırın. Qatılaşanda ocaqdan götürün. Bir qədər soyuduqdan sonra vanil əlavə edin. Bunu kərə yağı ilə çala da bilərsiniz. Kremin yarısına konyak, yarısına quru meyvə qarışığını (kişmiş, ərik və s.) əlavə edib qarışdırın. Piroqu yığın: Şəridləri hərəsində 8 olmaqla 3 yerə bölün. 8 şəridi yanaşı düzün, üstünə konyakla qarışdırılmış bişmiş krem (bir qədər isti) çəkin. Digər 8 şəridi üstünə düzün. Üstünə quru meyvələrlə qarışdırılmış bişmiş krem çəkin. Üçüncü dəst 8 şəridi də bunların üstünə düzün. Bu qatın üstünə kremi çox qoyun. Üstünə qoz, yaxud fındıq səpin. Tortu soyuducuda bir gecə saxlayın.
  
Nuş olsun!


Şərhlər:
Baxılıb: 2607
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz