Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecə-gündüz tortu
Gecə-gündüz tortu
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 7366
Səs ver:
Tərkibi: 

12 yumurta
2 st. (400 q) şəkər tozu
vanil 
2 paket qabartma tozu
2 st. un 
2 x.q. nişasta
2 x.q. kakao tozu
qoz

Krem: 

250 q kərə yağı 
1 banka qatılaşdırılmış süd 

Şərbət:

0,5 st. mürəbbə şirəsi 
0,5 st. ilıq su

İki xəmir hazırlanmalıdır - açıq və tünd. Buna görə ərzaqları da iki yerə bölün. 

Bəyaz xəmir üçün 6 yumurtanı 200 q şəkər tozu ilə ağarınca və həcmi 3 dəfə artınca çalın. 1 st. un, vanil, qabartma tozu, 1 x.q. nişastanı ayrı qabda qarışdırın. Sonra yumurta qarışığına əlavə edib ehtiyatla qarışdırın. Un içində lopa qalmasın. 

Perqament döşənmiş siniyə töküb 175-180 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin. İlk 20 dəqiqədə sobanın ağzını açmayın. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. Şəbəkənin üstündə soyudub ortadan iki yerə bölün. 

Eyni qayda ilə ikinci xəmiri də hazırlayın. Sadəcə, burada un, qabartma tozu, nişasta və vanilə kakao tozu da əlavə edin. Onu da eyni temperaturda və eyni vaxtda bişirib soyudun, korju iki yerə bölün. 4 korj alınacaq - iki ağ, iki qara. 

Xoşladığınız mürəbbə şirəsini (xəmirin tərkibində kakao olduğu üçün albalı mürəbbəsi ilə şərbət əla dad yaradır) ilıqdan bir qədər isti su ilə qarışdırın. Korjlara hopdurun. 

Krem üçün kərə yağını vanil və qatılaşdırılmış südlə çalın. 

Korjları ağ və qara olmaqla növbələyərək aralarına krem çəkib xırdalanmış qoz səpməklə üst-üstə düzün (qozsuz da hazırlaya bilərsiniz, istəyə bağlıdır). Kənarlarına və üstünə krem çəkin. Zövqünüzə görə bəzəyin. Aşağıdakı fotolardan yararlana bilərsiniz. 

Nuş olsun!


Şərhlər:
Baxılıb: 7366
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz