loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarpız mürəbbəsi
Qarpız mürəbbəsi
Göndərən: ŞehZam
Şərhlər:
Baxılıb: 2769
Səs ver:

3 litrəlik banka üçün

Qeyd: Mürəbbəyə xoşməzə tam vermək üçün, hərdən ona ətirşah yarpağı, və ya darçın çubuğu, və ya mixək qatılıb, arıxda çıxardılır.

 

Ərzaqlar:

1 kilo təmizlənmiş və doğranmış qarpız qabığı (hazırlanması reseptdə)
3 xörək qaşığı soda
1 kilo yarım şəkər tozu
15 stəkan su
1 ətirşah yarpağı və ya qısa darçın cubuğu və ya 3-4 ədəd mixək

 

Hazırlanma Qaydası:

Qarpızın qabığının qırmızı və yaşıl hissəsindən təmizləyin. Ağ qabığı ziqzaqvari bıçaqla təxminən 2 santimetr yarım ölçüsündə doğrayın.

Qabığı ləyənə qoyub, üstünü örtəcək qədər su doldurun. Sodanı buraya əlavə edin. Ləyəni 2 saatlığa kənara qoyun (soda qabığı bərkidəcək, bişdiyində qabıq dağılmayacaq). Qabığı süzüb, suyun altında yaxşıca yuyub yenidən süzün.

Ləyənə qabığı ördəcək qədər su tökün. Qaynadın. 2 dəqiqə qaynatdıqdan sonra, qabığı aşsüzənə boşaldın. Bu addımı bir dəfə də təkrarlayın.

Süzülmüş qabığa şəkər və 15 stəkan suyu əlavə edin. Arada qarışdıraraq orta odda qaynadın. 2 saat 45 dəqiqə qaynatdıqdan sonra, ətirşah və ya istifadə edəcəyiniz ədvanı əlavə edib, mürəbbəni 15 dəqiqə də bişirin. Hazır qarpız mürəbbəsi şəffaf və açıq sarı rəngdə olmalıdır. Əgər ləyənin kənarları şəkərlənməyə başlayırsa, deməli mürəbbə çox bişib. Bir az su əlavə edib qaynadın. Ləyəni kənara çəkin. Yarpaq və ədvanı çıxardın.

Mürəbbəni ləyəndə soyudun. Sonra isə təmiz, sterilizə edilmiş bankaya yığıb sərin yerdə saxlayın.

 

Nuş olsun 01   

 


Şərhlər:
Baxılıb: 2769
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz