Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Almalı şarlotka
Almalı şarlotka
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2249
Səs ver:
Tərkibi:
5 ədəd turşməzə alma (1 kg)
1 xörək qaşığı çörək qırıntısı (suxarik)
bir-iki çimdik darçın (zəruri deyil)
4 ədəd yumurta, oda hərarətində (soyuducudan hardasa 30 dəqiqə əvvəldən çıxardın)
1 stəkan şəkər tozu
1 stəkan un
bir çimdik vanil və ya bir neçə damcı vanil ekstraktı
şəkər kirşanı (pudrası), üstü üçün

Hazırlanması:
1. Əvvəlcə almaları soyun. Sonra 4 hissəyə bölüb, hər hissəni nə çox nazik, nə də çox qalın dilimlərə doğrayın.
2. Kənarları çıxan tort formasının (23 cm diametri olan) dibini və kənarlarını yağlayın. Əgər belə formanız yoxdursa, onda adi formadan da istifadə edə bilərsiniz. Dibinə çörək qırıntısı səpin. Alma dilimlərini formaya yığın. Əgər istəyirsinizsə, üstünə  bir az darçın səpin.

Almalı şarlotka


 3. İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalın. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə vanil və unu əlavə edib, bir az da çalın.


Almalı şarlotka


4. Alınan kütləni almaların hər tərəfinə tökün. Qarışdırmayın.


Almalı şarlotka


5. Sobanı 180C-dək qızdırın. Piroqu 1 saat ərzində üstü qızaranadək bişirin. Piroqun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ piroqunuz hazırdır. Piroq  öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Üstünə şəkər kirşanı səpin və süfrəyə verin. Bu piroq istiykən də çox ləzzətli olur - üstünə bir az dondurma qoyub yeyin.


Almalı şarlotka


Almalı şarlotka



Şərhlər:
Baxılıb: 2249
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz