Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ballı tort
Ballı tort
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 10673
Səs ver:
Addım 1: Kremi hazırlayın
Qeyd: Krem bir həftə əvvəl hazırlanıb lazım olana qədər soyuducuda saxlana bilər.

Krem üçün:
2 banka qatılaşmış süd (bişirdikdən sonra bir yarım bankadan istifadə edəcəksiniz)
300 q kərə yağı

Bankaları qazana qoyun. Qazanı bankaların üstünü örtənə qədər suyla doldurun. Qoyun 2 saat ərzində bişsinlər. Qazandakı su çəkildikcə bir kənarından qaynar su tökün. 2 saat sonra qazanı kənara çəkin. Qoyun bankalar suyun içində 5 dəqiqə qalsın. Sonra suyunu boşaldın, amma bankaları açmayın, yoxsa partlayarlar! Qoyun bankalar otaq hərarətində olana qədər soyusunlar. Sonra açın.
Bir qabda yağı mikserlə ağaranadək çalın. Sonra isə soyumuş qatılaşmış südün bir banka yarımını yağın üstünə əlavə edib bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.

Addım 2: Xəmiri hazırlayın
Xəmir üçün lazım olan ərzaqlar:
3 yumurta
1 stəkan şəkər tozu
3 xörək qaşığı bal
100 qram kərə yağı
1 çay qaşığı soda
3 -3.5 stəkan un

Yumurta və şəkəri istiyə dayanıqlı bir kasaya və ya bir qazana qoyun və qarışdırın. Bunlara bal və kərə yağı əlavə edin. Ayrı qazanda su qaynadın. Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər. Təxminən 5 dəqiqə ərzində.
Sonra qarışdırmağa davam edərək, bu kütləyə sodanı da əlavə edin. Kütlə bir qədər ağaracaq və qabaracaq. Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin. Kütləyə 3 stəkan unu tədricən və az-az əlavə edərək qarışdırın. Xəmir bir qədər əlinizə yapışırsa, bu normaldır. Xəmir soyuduqdan sonra bərkiyir, odur ki, çox un qatmayın. Yox əgər xəmir soyuduqdan sonra belə çox yapışqan qalsa, onda qalan unu da əlavə edin. Mən 3 stəkan yarım un qatıram. Amma unların qatılığı fərqli olur, odur ki, diqqətli olun, xəmiri çox bərkitməyin. Hazır xəmiri 5 hissəyə bölün.




Addım 3: Biskvit laylarını bişirin
Sobanı 190Cdək qızdırın. İri listi yaxşıca yağlayın.
Kündələrdən birini listin ortasına qoyun. Barmaqlarınızla basaraq xəmiri 28 sm ölçüsü olan dairə şəklində yayın. Əgər xəmir barmaqlarınıza yapışırsa, onları una batırıb xəmiri yayın. Unlu barmaqlar xəmirə yapışmaz. Alınan dairə nazik alınacaq.
Qeyd: İstəyə görə bu tort dördbucaq şəklində də hazırlana bilər.

Tortun üstünü və kənarlarını bəzəmək üçün sizə biskvit ovuntusu lazım olacaq. Bunun üçün yaydığınız xəmiri bişirdikdən sonra onun kənarlarını kəsməli olacaqsınız. Amma mən başqa texnologiyadan istifadə edirəm - dairənin kənarlarını bişməzdən əvvəl kəsirəm. Bunun üçün yaydığınız xəmirin üstünə 10 sm ölçüsü olan qab qoyun və iti bıçaqla qabın kənarına çıxan xəmiri kəsin amma listdən çıxartmayın. Beləliklə kənarlar da dairəylə bərabər bişəcək. Bişdikdən sonra onları sadəcə olaraq listdən soyub çıxardacaq və ovacaqsınız.
Layları bir-bir 4-5 dəqiqə ərzində, və yaxud üstləri bir az qızaranadək bişirin. Biskvitlər bir qədər qabaracaq. Listi sobadan çıxartdıqdan sonra, biskvitin altına spatulanı gəzdirin ki, dibi zədələnmədən sobadan qopsun.

Addım 4: Tortu hazırlayın
Layların arasına bolluca krem çəkin. Tortun üstünə və kənarlarına da krem yaxın. Ovuntuları tortun üstünə və kənarlarına səpin. Əgər ovntunuz azdırsa, onda bir miqdar qozu ovub ovuntuyla qarışdırın. Bu mərhələdə tort yeməyə hazır deyil. Tortu kənarda otaq hərarətində ən azı 6 saat saxlayın ki, yumuşalsın.

/Mənbə: Qadınlar.biz/



Şərhlər:
Baxılıb: 10673
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz