Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Pavlova” tortu
“Pavlova” tortu
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1950
Səs ver:

Deyilənə görə, ”Pavlova” tortu ilk dəfə ötən əsrin 20-ci illərində məşhur Rus balerinası Anna Pavlovanın şərəfinə Avstraliyalı bir qənnadçı tərəfindən hazırlanmışdır. Digər versiyaya görə isə, tort Avstaliyada deyil, Yeni Zelandiyada icad olunub. Mübahisələr indiyənədək davam edir. Tortu isə bütün dünyada bəyənib xoşlayıblar. Eləcə də bizim evdə.

"Pavlova” tortu 3 qatdan ibarətdir. Birinci qat - dairəvi merenq (bize) layıdır. Bunun üstünə ikinci qat - qaymaqlı krem çəkilir. Bu qatın üzərinə  isə təzə meyvələr. Tortun originalında buraya kivi, çiyələk, marakuya meyvələri düzünür, amma bunların yerinə müxtəlif xırda giləmeyvələrdən də istifadə etmək olar. Elə bu reseptdəki kimi. Tort o qədər ləzzətlidir ki, tərif etməklə, qurtarmaz. Balerina kimi zərif, kövrək bir tortdur. Necə dəyərlər, adına laiq. Bişirin. Dadın. 

8 pay üçün

Bizeni hazırlamaq üçün:
4 ədəd iri yumurtanın ağı (otaq tempraturunda olmalı və qətiyyən soyuq olmamalıdır!)
1 çay qaşığı alma sirkəsi
1 çay qaşığı qarğıdalı nişastası
1 fincan -190 qr rafinə edilmiş – xırdalanmış şəkər tozu, əgər yoxdursa o zaman mətbəx kombaynında xıradalamq olar,lakin şəkər pudrasına çevrilməməlidir
Yarım çay qaşığı tam vanil ekstraktı

Krem üçün:
Yağlılığı 35-40% olan 300 ml qaymaq (mütləq soyuq olmalıdır)
1 çay qaşığı şəkər tozu

Üzərini bəzəmək üçün:
Qarışıq giləmeyvələrdən təzə moruq və qaragilə, nanə yarpağı və şəkər pudrası.

Hazırlanması:

Soba 100 C dərəcə tempraturda qızdırılır. Bizebişiriləcək list (tava) sobanın orta rəfində yerləşdirilir.

Böyük, təmiz və quru qabın içərisinə yumurtanın ağı tökülür, köpüklənənədək orta sürətlə mikser vasitəsiylə çalınır.

“Pavlova” tortu

 

Üzərinə alma sirkəsi və qarğıdalı nişastası əlavə edilir. Təxminən 3 dəqiqə ərzində yumşaq köpük qalxana kimi yenidən çalınır.

“Pavlova” tortu

Şəkər tozu az –az, hər dəfə 1 qaşıq tökülməklə əlavə edilir və kütlə bərkiyənəcən daha 5 dəqiqə çalınır. Kütlənin hazır olub-olmadığını bilmək üçün mikserin çəlgəlləriylə kütlədən bir qədər götürülür, əgər qarışıq axmırsa və bərk vəziyyətdə miskerin çəngəlində qalırsa deməli hazır hesab olunur. Sonda vanil ekstraktı əlavə edilib kütləyə qarışdırılır.
“Pavlova” tortu

 

Listin (tavanın) üzərinə perqament kağızı yerləşdirilir. 25 sm diametrlik boşqabın ağız hissəsi perqament kağızının üzərinə qoyulub qələmlə dairə çəkilir. Kağızı o biri üzünə çevrilməlidir. Alınmış dairəvi forma bize üçün lazım olacaq. Belə ki, hazır bize kütləsi qaşıqla götürüb səliqəylə perqament kağızının üzərinə həmin dairə formasınca yayılmalıdır. Orta hissə isə bir qədər çökək olmalıdır. Çünki sonradan bizenin ortasına krem qoyulacaq.
“Pavlova” tortu

 

Qapağı açılmadan, 1 saat 40 dəqiqə ərzində bize bərkiyənədək bişirilməlidir. Yadda saxlamaq lazımdır ki, bizenin rəngi ağ olmalıdır! Bize bişdikdən sonra soba söndürülür və qapağı açılmadan heç olmasa 2 saat tam soyuyanadək bize sobada qalmalıdır. Bişmiş bizenin üzəri kövrək, içərisi zefir kimi yumşaq olur.

Sonra bizeni sobadan çıxarıb səliqə ilə perqament kağızından ayırmaq və altlıqlı lövhə sini (podstavka) üzərinə qoymaq lazımdır.

Bu arada, krem hazırlamaq üçün orta ölçülü qabda qaymaq və şəkər tozu qatılaşana kimi mikserlə çalınır. Hazır krem qaşıqla bizenin ortasına eyni bərabərlikdə əlavə olunur. Üzərinə qarışıq giləmeyvələr- moruq və qaragilə qoyulur, nanə yarpağı ilə bəzədilir. Meyvələrin üzərinə az miqdarda şəkər pudrası səpilir.

Diqqət! Tort hazırlanandan dərhal sonra sevris edilməlidir. Çünki çox qaldıqda bize üzərindəki kremin təsirindən sovrulur və kəsdikdə büzüşəcək.

/Mənbə: Fəridənin yemək kitabı/


 

 



Şərhlər:
Baxılıb: 1950
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz