Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Simit
Simit
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2884
Səs ver:

Türkiyədə olanlar simitin orada nə qədər  məşhur olduğunu yəgin ki, bilir. Hər tərəfi küncütə batırılıb bişirilmiş bu halqavari çörəklər (bublik kimi olurlar) həm səyyar satıcılar, həm də çörəkçilər tərəfindən satılır. Bu resepti ingilis dilindəki bloqumda yerləşdirdiyimdən sonra, xaricdə yaşayan türk rəfiqələrimdən biri tez ondan istifadə edib, simit bişirdi. Sonra da mənə yazıb bildirdi ki, simitlər eyniylə Türkiyə küçələrində satılan kimi alındılar. Yəni ki, bu simitlər senzuradan keçib, bəyənilib. Siz də dadına baxın. 

Simit
Ayla Agarın”Classical Turkish Cooking” kitabından adaptə edilmişdir

8 ədəd iri simit üçün


Xəmir üçün:
3 çay qaşığı yarım quru maya
bir çimdik şəkər tozu
stəkanın dörtdə biri qədər ilıq su
təxminən 4 stəkan un
1 çay qaşığı yarım duz
təxminən bir stəkan ilıq su


Digər ərzaqlar:
bir az qarğıdalı unu
yarım stəkan bəkməz (doşab)
yarım stəkan su

Üstü üçün:
2 stəkan küncüt


Quru mayanı və şəkəri ilıq suya qatın və qoyun kənarda 10 dəqiqə qalsın. Bu müddət ərzində kütlə köpüklənməlidir.

Unu ləyənə və yaxud masanın üstünə qoyun. Ortasında quyu açıb mayalı qarışığı, duzu və ilıq suyu bu quyuya əlavə edin. Tədricən un əlavə edib, xəmir yoğurun. Unun hamısını birdən əlavə etməyin, yoxsa çox ola da bilər. Xəmiri 15 dəqiqə ərzində yaxşıca yoğurun. İri, yağlanmış ləyənə qoyub üstünü örtün. Xəmirin gəlmısi üçün 2 saat isti yerə qoyun.

Gəlmiş xəmiri unlu masanın üstünə qoyub azacıq yoğurub 8 hissəyə bölün. Hər hissəni kündələyin. Masanın üstünə düzüb üstlərini bir qədər nəm çay dəsmalıyla örtün. Qoyun 30 dəqiqə dincəlsinlər.


 

Hər kündəyə uzunluğu 35 santım olan kəndir şəkli verin. Kəndirləri əlinizlə bir az burun (bir əlinizlə kəndirin bir ucundan tutun, digəriylə isə burun). Sonra isə kəndirin uclarını  bir-birinə birləşdirin ki, halqalar alınsın. Masanızı duru yağla yağlayıb alınan halqaları onun üstünə düzün. Qoyun 1 saat beləcə qalsınlar.

 

4 iri listə bir az qarğıdalı unu səpin. Kənara qoyun.

Bəkməzlə suyu bir kasada yaxşıca həll edin. Küncütü ayrı dəyaz qaba qoyun. Bu ikisini bir-birinə yaxın yerləşdirin. Simitləri bir-bir əvvəlcə bəkməzli qarışığa, sonra isə küncütə batırın. Elə olmalıdır ki, simitin hər tərəfi (altı, üstü) bol-bol küncütlə örtülməlidir.

Hər listə 2 simit qoyun. Sonra isə əlinizlə simitləri bir az genişləndirin ki, diametrləri 18 santım olsun. Qoyun simitlər listdə 30 dəqiqə qalsın. Bu müddət ərzində onlar bir az da şişəcək.

Sobanı 200C-dək istidin.

Simitləri sobada 15-20 dəqiqə ərzində və yaxud qızaranadək bişirin. Simit istiykən daha ləzzətli olur. Yanında çay və pendirlə yeyilir.


/Mənbə: Fəridənin yemək kitabı/


Şərhlər:
Baxılıb: 2884
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz