Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sürpriz keks
Sürpriz keks
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 5705
Səs ver:
Sevdiklərinizə asanca hazırlaya biləcəyiniz sürpriz keks reseptini sizə təqdim edirəm.


Sürpriz keksin tərkibi
Ürək keks üçün
3 yumurta
1 su stəkanı toz şəkər
Yarım su stəkanı günəbaxan yağı
1 paket vanil
2.5 su stəkanı keks unu
Bənövşəyi jel qida boyası

Limonlu keks üçün
4 yumurta
1.5 su stəkanı toz şəkər
1 xörək qaşığı limon suyu
2 xörək qaşığı rəndələnilmiş limon qabığı
240 qr keks unu
1 çay qaşığı qabartma tozu
100 ml krem
80 qr kərə yağı (əridilmiş və soyudulmuş)

Üstü üçün
200 ml krem
1 xörək qaşığı pudra şəkəri
Bəzəmə şəkərləri

Sürpriz keksin hazırlanışı
Ürək keks üçün yumurta, şəkər və vanili mikserlə yaxşıca qarışdırın. Günəbaxan yağı və qida boyasını əlavə edib qarışdırın. Unu əlavə edin və tamamilə qarışdırdıqdan sonra yağlanılmış baton keks qəlibinə köçürün və 180 dərəcəyə nizamlanmış sobada dişqurdalayan batırıldığında təmiz çıxana qədər bişirin. Soyumağa qoyun. Limonlu keks üçün, yumurta və şəkəri mikserlə çırpın. Rəndələnilmiş limon qabığı və limon suyunu əlavə edin.

Un, qabartma tozunu əlavə edib və çırpmağa davam edin. Kərə yağı və kremi də əlavə edərək qarışdırın. Bənövşəyi keksi 1.5 sm qalınlığında dilimləyeərək ürək şəklində peçenye qəlibi ilə kəsin. Limonlu keks xəmirindən 1 sm qalınlığında yağlanılmış baton keks qəlibə doldurun. Ürək dilimlərini arxa - arxaya düzün. Üzərinə qalan limonlu keks xəmirini doldurun və 185 dərəcəyə nizamlanmış sobada dişqurdalayan batırıldığında təmiz çıxana qədər bişirin. Sobadan götürüb soyumağa qoyun. Kremi pudra şəkəri ilə tündləşənə qədər çırpın. Soyuyan keksin üzərinə kremi sürtün. Bəzəmə şəkərləri səpib təqdim edin.

/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 5705
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz