Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cemli ponçik
Cemli ponçik
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 8959
Səs ver:
Tərkibi (20 ədəd): 
2 x.q. quru maya
120 ml isti su (45 dərəcədən isti olmasın)
60 q şəkər tozu
350 q un 
2 yumurta
50 q yumşaldılmış kərə yağı 
0,5 ç.q. üyüdülmüş muskat cevizi
1 ç.q. duz
500 ml bitki yağı (qızartmaq üçün)
Şəkər pudrası (üzərinə səpməyə)
Cem 

Ləyəndə mayanı, 1 ç.q. şəkər tozu və isti suyu qarışdırın. 10 dəqiqə gəlməsi üçün gözləyin. 
Unu ələyin. Ortasında çala açın, mayalı qarışığı, kərə yağını, yumurta, şəkər tozu, duz və muskat cevizini əlavə edib yapışqan xəmir alınanadək qaşıqla qarışdırın. Xəmiri un səpilmiş masanın üstünə qoyun, elastik xəmir alınanadək, un əlavə edə-edə təxminən 10 dəqiqə yoğurun. Amma xəmir çox bərk olmamalıdır. 
Kündə tutub içinə yağ çəkilmiş ləyənə qoyun, üstünü örtüb isti yerdə 1 saat saxlayın. Bu müddətdə xəmir iki dəfə artacaq. 
Gəlmiş xəmiri ətləyin, sonra 6 mm qalınlıqda yayın. 7 sm diametrli dairələr kəsin. Üstünə dəsmal örtüb 20-25 dəqiqə saxlayın. Dərin tavaya yağ töküb orta itilikdə ocağın üstünə qoyun (yaxud da xüsusi, termometrli plitənin üstündə hazırlayırsınızsa, 180 dərəcəyə ayarlayın). Birdəfəyə 6-7 ponçiki yağa salıb hər iki üzünü qızardın (hər tərəfini təxminən 1 dəqiqə). Hazır ponçikləri kağız dəsmalların üstünə düzün. Üzərinə şəkər pudrası səpin. Konditer torbası və ya şprisin köməyilə ponçiklərin içinə cem doldurun. 

Nuş olsun!

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 8959
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz