Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üç Şokolad Tortu
Üç Şokolad Tortu
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2635
Səs ver:

 

Ərzaqlar:

 

 

hər biri 150 q olmaqla tünd, südlü və ağ şokolad 
450 ml 35%-li qaymaq (hər laya 150 ml)
30 q jelatin (hər laya 10 q)
150 q kərə yağı (hər laya 50 q)
Biskvit:

4 yumurta 
1 st şəkər tozu
1,5 st. un
2 x.q. kakao
1 paket qabartma tozu
Qaymağı soyuducuda bir neçə saat saxlayın.
4 yumurtanı 1 st. şəkər tozu ilə çalın. 1,5 st. unu 2 dolu xörək qaşığı kakao və 1 paket qabartma tozu ilə qarışdırıb buraya əlavə edin. Xəmiri içinə perqament döşənib yağlanmış siniyə tökün. Sobada bişirin. Hazır olub-olmadığını kibrit və ya diş çöpü ilə yoxlayın. Hazır korju soyudun. Sonra isə kənarları açılan formanın diametrində dairə kəsin (məsələn, diametri 26 sm). 
Biskvitin qalanını pirojna üçün istifadə edə, yaxud tortun kənarlarına vurmaq üçün xırdalaya bilərsiniz. 
Dairəvi korju formanın içinə qoyun (formanın kənarlarına əvvəlcədən plyonka yerləşdirin). Şəkər tozu, vanil və sudan şərbət hazırlayıb korja hopdurun (mürəbbə suyundan da istifadə edə bilərsiniz). Soyuducuya qoyun. 
Tünd şokolad layı: 10 q jelatinin üstünə 2 x.q. su tökün. 150 q tünd şokoladı su hamamında əridin, kərə yağı əlavə edin. Paralel olaraq 150 q soyuq qaymağı qatı köpük alınınca çalın, soyuducuya qoyun. Şişmiş jelatini əriyənədək qızdırın. Ələkdən keçirib isti yağlı-şokoladlı qarışığa əlavə edin (hər ikisi çox qaynar olmamalıdır, ilıq olsa, daha yaxşıdır), soyuducudakı qaymağı da qatıb eynicinsli kütlə alınanadək çalın. Soyuducudakı biskviti çıxarın, bu qarışığı üstünə çəkib yenə soyuducuya qoyun. 
Bu lay bərkiyəndən sonra eyni qaydada südlü şokoladla, sonra isə eynilə ağ şokoladla laylar hazırlayıb formanın içinə, bir-birinin üstünə tökün. 
Soyuducuda bir neçə saat saxlayın (yaxşı olar ki, gecədən səhərədək), formanın kənarlarını açın, plyonkanı çıxarın, üzərini zövqünüzə görə bəzəyin. 

Nuş olsun!  :mmmm:



Şərhlər:
Baxılıb: 2635
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz