Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günün təamı: qaymaqlı sandviç qurabiyyələr - FOTO
Günün təamı: qaymaqlı sandviç qurabiyyələr - FOTO
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3384
Səs ver:
Günün təamı: qaymaqlı sandviç qurabiyyələr - FOTO

Qaymaqlı vanilli dondurmada yumurtaların sarısını istifadə etdiniz, bəs ağlarını neyləyəcəksiniz? Yumurtanın ağından üyüdülmüş badam və şəkər kirşanı əlavə etməklə bezelər hazırlanıb bişirilir. Sonra da 2 bezenin arasına istədiyiniz kremdən çəkib, bezeleri sandviç kimi bağlayırsınız. Arasına sürtmək üçün mən shokoladlı qanaş düzəldirəm. Bu qurabiyyələri listə düzmək üçün sizə qənnadı torba (rusca: konditerskiy meshok) lazım olacaq. Qurabiyyələr eyni böyüklükdə və yumru olmalıdır. Əgər qənnadı torbanız yoxdursa, onda ustalıqca qaşıqdan da istifadə edə bilərsiniz. Əgər bezelərin rəngli olmasını istəyirsinizsə (məsəl üçün, çəhrayı, yaşıl, mavi), onda çaldığınız yumurta ağının içərisinə bir damcı qida boyası əlavə edib qarışdırın. 

Təxminən 22 sandviç üçün

Ərzaqlar

Bezelər üçün:
Günün təamı: qaymaqlı sandviç qurabiyyələr - FOTO
5 iyi və ya 6 balaca yumurtanın ağı (toplam 200 q), otaq hərarətində
1/2 stəkan (100 q) şəkər tozu
1 1/2 stəkan (220 q) QABIĞI SOYULMUŞ badam içi,
4 stəkan (400 q) şəkər kirşanı (pudrası)

Qanaş Mus (ganache mousse) üçün:
115 q sadə yarım-şirin və ya acı-şirin şokolad (plitka)
1/4 stəkan (60 ml) süd
1/4 stəkan (125 ml) qaymaq

Əvvəlcə Qanaş Mus hazırlanmalıdır.

Qanaş Musun hazırlanması

1. Şokoladı xırda-xırda doğrayın və istiyə-dayanaqlı bir qaba qoyun. Südü qaynadın və şokoladın üstünə tökün. Dəyanmadan, şokolad əriyib südə qarışanadək qarışdırın.

2. Ayrı qabda qaymağı mikserlə qatılaşanadək çalın. Çaldığınız qaymağı ehmallıca şokolada əlavə edib yüngülvari qarışdırın (çalmayın). Hazır kütlənin üstünü sellofanla örtüb bərkiməsi üçün təxminən 1 saatlığına (və ya bir gecəlik) soyuducuya qoyun.

Bezelərin hazırlanması:
Günün təamı: qaymaqlı sandviç qurabiyyələr - FOTO
1. İri qabda yumurta ağlarını mikserlə köpüklənənədək çalın . Üstünə şəkər tozunu əlavə edib bir az qatılaşanadək çalın (şəkildəki kimi alınmalıdır).

2. Qabığı soyulmuş badamı toz halına gələnədək üyüdün. Ayrı qabda üyüdülmüş badam və şəkər kirşanını qarışdırın. Sonra bu qarışığı çaldığınız yumurta ağına əlavə edib, qaşıqla yavaşca qarışdrın.

3. 2 iri soba listinin dibinə kalka kağızı sərin (mütləq!). İri qənnadı torbasını (rusca: konditerskiy meshok) yumurtalı qarışıqla doldurun (torbanın ucu adi olsun, yani gül və ya ziq-zaq şəklində deyil). Torbadan listin üstünə bir birindən ən azı 2 cm aralıda olmaq şərtilə diametri 4 cm olan yastı dairərər sıxın (şəkilə baxın).

4. Qoyun listlər bezelərin bir az bərkiməsi üçün 45 dəqiqə ərzində kənarda qalsın. Sonra isə sobanı 150C-dək qızdırın. Listləri bir bir sobanın orta rəfində təxminən 15 dəqiqə ərzində bişirin. Hazır bezelərin üstü bir qədər qızaracaq, amma çox deyil. Listləri sobadan çıxardın. Bezelər bir az soyuduqdan sonra, onları ehtiyyatla listdən çıxardın.

Sandviçlərin hazırlanması

İki bezenin arasına bir az qanaş mus sürtüb sandviç hazırlayın.
Nuş Olsun!



Şərhlər:
Baxılıb: 3384
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz