Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan salatı resepti
Azərbaycan salatı resepti
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 894
Səs ver:
Tərkibi:
60 qram təzə pomidor
45 qram təzə xiyar
15 qram yaşıl soğan
20 qram baş soğan
40 qram qırmızı turp
10 qram şüyüd
30 qram xama
Təzə bibər ( qırmızı rəngdə olsa daha yaxşı olar)
Duz (zövqə görə)
İstiot (zövqə görə)
Yaşıl kahı yarpağı (bəzək üçün)
Motal pendiri (istəyə görə)
Təzə yaşıl nanə (istəyə görə)

Hazırlanması:
Azərbaycan salatı hazırlamaq üçün ərzaqlar: pomidor, xiyar, yaşıl soğan, qırmızı turp, şüyüd, bibər bol su ilə təmiz yuyulur. Şüyüd və soğan yapraplarında torpaq hissəcikləri qalmaması üçün əvvəlcədən içərisində su olan bir qabda gözlədilməsi məsləhətdir.

Təmiz yuyulan tərəvəzlər suyunu çəkməsi üçün süzgəcdə biraz gözlədilir.

Bundan sonra təzə pomidor, xiyar və bibər nazik dairə şəklində doğranılır. Doğranılan tərəvəzlər geniş bir qaba qoyulur.

Təmiz yuyulan göy soğan kiçik – kiçik doğranılır. Doğranmış tər soğan, əvvəlcə doğradığımız pomidor, xiyar, bibərlərin ortasına tökülür.

Bundan sonra sıra gəldi baş soğana. Baş soğanın qabıqları təmizlənir. Qabıqları təmizlənən baş soğan fal – fal halqavari doğranır. Halqavari doğranılan baş soğan dilimləri də pomidor, xiyar, bibər və yaşıl soğanların üzərinə səliqəli bir şəkildə düzülür. Bundan sonra

üzərinə istiot, duz vurulur. Sonra isə salata ən üsttən xama əlavə edilir.

Salat demək olar ki hazırdır.

Bundan sora əvvəlcədən yuyub suyunu süzdüyümüz yaşıl şüyüdlər ayırtlanır və kiçik – kiçik doğranılır. Kiçik – kiçik doğranılan şüyüd parçaları, xamanın üzərindən salata səpilir.

Salatı bəzəmək üçün yanlarını yaşıl kahı yarpağı ilə bəzədilir.

Qeyd: Bəzən Azərbaycan Salatı hazırlayarkən, içərisinə iri – iri doğranmış motal pendiri və təzə nanə də əlavə edilir. Bu tamamən salatı hazırlayan və istehlak edən şəxslərin ağız dadına və zövqünə bağlı bir seçimdir.

Nuş olsun!


Şərhlər: 14
Baxılıb: 894
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fiorella
Bunu her obedde ujinda hazrladgm salatdi daha azerbaycan salatyms bilmirdim
21 avqust 2016 11:56
# 14
Sirine
Turp ne yaa :/Menlik deyilmiw)
11 iyul 2016 12:07
# 13
....
Kölge
Coban salatibon geniş varianti

Coban salatibon geniş varianti
10 iyul 2016 22:02
# 12
Her şeye gore şukur
S.Heydarova
Soğan olan yerdə mən yoxam)
10 iyul 2016 20:42
# 11
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
yarpaq33
Salatlarin terkibinde turpu sevmirem
10 iyul 2016 14:37
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
Tərkibində olan turp və xamanı çıxsaq buna bənzər hazırlamışam ) dadlı alınır .
10 iyul 2016 13:47
# 9
Nur Melikzade
Beh beh...sevimli yay salati amma motal pendiri ile yox
10 iyul 2016 13:30
# 8
İmza
Onun_Mələyi
Bunun Azerbaycan salatı olduğnu bilmirdim :D .Herkes hazırlıyır yayda bunu.men nane yox reyhan elave edirem.
10 iyul 2016 13:07
# 7
Bir duam var,səndən amin gözləyirdua09123
Barbaris
dadli salatdir mende cox xowluyuram
10 iyul 2016 12:35
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
cox qarisiq oldu
10 iyul 2016 12:14
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Bu salati xamasiz hazirlayiram, demek olar ki her gun.Yemek qalir bir kenarda men ancaq salat yeyirem:))
10 iyul 2016 11:41
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
tatyana
Men motal pendiri deyil basqa ag pendir novlerinden vururam
10 iyul 2016 11:11
# 3
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
BARBI
Cox sevdiyim salatdir. Esl yay salatidir. Leziz gorsenir
10 iyul 2016 11:05
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Demek olarki hami yeyir bundan,dadli olur
10 iyul 2016 11:02
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz