Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toyuq əti ilə lavaşlı rulet salatı resepti
Toyuq əti ilə lavaşlı rulet salatı resepti
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 2005
Səs ver:
Tərkibi:
lavaş
toyuğun döş əti
2 yerkökü
3 yumurta
2 çuğundur
1 baş soğan
göyərti (keşniş, yaxud başqa sevdiyiniz göyərti)
mayonez

Hazırlanması:
Toyuğu bişirin. Soyudub xırda doğrayın (blenderdən də keçirə bilərsiniz). Yerkökünü yuyub-təmizləyib sürtgəcdən keçirin, xırda doğradığıız soğanla birlikdə yağda qovurun. Duz, istiot vurun.
Bunu bir qaba yığın.

Çuğunduru yuyub, qabığını soyub sürtgəcdən keçirin, onu da yağda qovurun. Duz, istiot vurun.

Yumurtanı bişirin, soyudub qabığını soyun, çəngəllə xırdalayın.

Göyərtini doğrayın.

Lavaşın üstünə mayonez çəkin. Toyuq ətini üstünə döşəyin. Azca duz, istiot səpin. İkinci lavaşı üstünə çəkin. Mayonez çəkib qovrulmuş yerkökünü döşəyin. Üçüncü lavaşı qoyun, mayonez çəkin, doğranmış göyərtini səpin. Dördüncü lavaşı qoyun, mayonez çəkin, yumurtanı döşəyin. Duz-istiot səpin. Lavaş qoyun, mayonez çəkin, qovurduğunuz çuğunduru döşəyin. Sonra səliqə ilə ruleti bükün.
2 saat soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl çəpinə doğrayın.

Ümumiyyətlə, lavaşın arasına müxtəlif ərzaqları qoyub, rənglərinə görə çeşidləyərək büksəniz, müxtəlif dadlı və gözəl görünüşlü rulet-salatlar hazırlamış olarsınız. Məsələn, toyuq əti yerinə krab çöpləri, həmçinin pomidor, xiyar, göy noxud və qarğıdalı, göbələk konservləri də istifadə edə bilərsiniz.

Nuş olsun!


Şərhlər: 17
Baxılıb: 2005
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Cugundursuz variantin hazirlayiram mende,su veren terevezler vurulmasa yaxwi olar (xiyar pomidor kimi)cunki onda lavawlar xemire donur,dadi qacir.
25 iyul 2016 16:53
# 17
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
ayka wiyinka
sekili xosuma geldi. hazirlayacam. tesekkurler
25 iyul 2016 11:52
# 16
Sevginin Mükəmməl olmasına ehtiyac yoxdur....Gerçək olsun yetər...<3
BR
buna saurma deiiller coh dadli olur
19 aprel 2016 18:56
# 15
vipbetul
cuqundurla soqani cixsaq dadli olar
16 aprel 2016 01:23
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
___Jasmin___
çox bəyəndim superdi
15 aprel 2016 18:38
# 13
I remained behind now the mother of 14 spring -Big

Roza
Bu salati çox sevirəm. Və tez tezdə hazirlayiram, içinə nə istəsəm qoyuram.
15 aprel 2016 14:56
# 12
....
guler19
Bəyəndim rsresepdi soğan olmasa lap yaxşı olar tşklər.
15 aprel 2016 14:30
# 11
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Nur Melikzade
Hec hazirlamamiwam ama gordum cox terifleyirsiz hevese geldim)).
15 aprel 2016 14:16
# 10
İmza
tenha cicek
men tez-tez hazirlayiram cox dadli olur hamiya meslehet gorurem
15 aprel 2016 14:12
# 9
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Totu
Beyendim dadli olaree nyam
15 aprel 2016 14:04
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Fialka
Bu salatı hazırlayıram eynilə reseptdəki kimi amma soğan xaric) dadlı alınır.
15 aprel 2016 12:51
# 7
Menim balam
mən tez tez hazirlayiram cox dadli cixir.
15 aprel 2016 12:12
# 6
S.Heydarova
Çox dadlı olacaq...)
15 aprel 2016 11:49
# 5
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
yarpaq33
Sevdiyim salatdir men bunu sogansiz edirem ama belede dadli olar
15 aprel 2016 11:26
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Marta
Sogansiz hazirlayiram dadli olur cox.tesekkur.
15 aprel 2016 11:10
# 3
Немного терпения, и у тебя все получится..
Tomris Müslümova
Çox bəyəndim tərkibini.Lavaş sevirəm üstəlikdə belə reseptlə əla olar)
15 aprel 2016 10:43
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Bu salati mende xoslayiram. Tez tez hazirlayiram. Lezzetli olur
15 aprel 2016 10:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz