Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT
Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1172
Səs ver:
Tərkibi:
0,5 baton (200 q)
300 q toyuğun döş əti
1 iri kahı dəstəsi
50 q parmezan pendiri
1 diş sarımsaq
1 pomidor (zövqə görə)
100 ml zeytun yağı
duz
istiot qarışığı

Klassik amerikan sousu:
5 ədəd dənəvər istiot
0,5 ədəd sarımsaq
1 çimdik duz
1 x.q. vuster sousu
3 yumurtanın sarısı
75 ml zeytun yağı
1/4 limon şirəsi
bir qədər dijon xardalı

Hazırlanması:
Toyuq əvəzinə hisə verilmiş qızılbalıq da istifadə edə bilərsiniz.

Toyuğun döş ətinə duz və müxtəlif istiotların qarışığını çəkin. Qida plyonkasına büküb bir neçə saat soyuducuda saxlayın.
Tavada 100 ml zeytun yağını qızdırın. Əzilmiş, yaxud doğranmış sarımsağı qızılı rəng alanadək qovurun. Sarımsağı çıxarıb atın. Əgər çox saxlasanız, yağdan pis qoxu gələcək.

Quru çörək batonunu kubik doğrayın. Əgər ərinməsəniz, əvvəlcədən qabığını soyun.

Bu çörək kubiklərini sarımsaq ətirli yağda qızılı rəng alınca qızardın.

Toyuğun döş ətini qızmar tavada tam bişənəcən qızardın (hər tərəfini təxminən 3-5 dəqiqə). Onu həm iki yerə bölməklə, həm də nazik şəridlərə bölməklə qızarda bilərsiniz. Tavanın qapağını örtməyin, yoxsa ətin şirəsi çıxacaq və o, bərk olacaq.

Klassik sous:

Bu sousun tərkibində vuster sousu var, amma onu şəkərli-limonlu ançous sousuyla əvəz etmək olar (həvəngdəstədə 1 ançousun filesini döyün, yarım diş sarımsaq, bir neçə dənəvər istiot, yarım çay qaşığı şəkər tozu və 1 çimdik duz əlavə edib döyün).

Vuster və ya ançous sousuna 3 yumurtanın sarısını əlavə edib qarışdırın, zeytun yağı damızdırın, sousu çalın. Çəngəllə çala-çala arada zeytun yağı damızdırın və emulsiya halına gələnədək çalın. Yağı ehtiyatla damızdırın, bir qədər çox olarsa, sous lay-lay olacaq. 3 yumurta sarısına təxminən 75 ml zeytun yağı gərəkdir. Yarım limonun şirəsini və dijon xardalı da əlavə edib qarışdırın. Sous mayonezə oxşayacaq.

Vuster sousu istifadə edirsinizsə, ondan 1 x.q. götürün və bu zaman şəkər tozundan istifadə etməyin, limon şirəsini isə 1/4-ə endirin. Çünki vuster sousu özlüyündə elə balıq, şəkər tozu və turşunun (sirkənin) qarışığıdır.

Salatı toparlayın:

Salatı qoyacağınız qaba sarımsaq sürtün. Kahı yarpaqlarını əlinizlə iri doğrayın, boşqaba düzün. Üzərinə sous gəzdirin. Parmezan pendiri səpin.

Doğranmış toyuq ətini üstünə düzün. Yenə üzərinə sous gəzdirin.

Suxarıları əlavə edin, sous gəzdirin, parmezan səpin və gözlətmədən süfrəyə verin.

Kubik doğranmış pomidor da əlavə edəndə dadlı alınır. Ancaq əgər mövsümü deyilsə, pomidorlardan istifadə etməyin.
Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT
Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT

Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT

Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT

Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT

Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT

Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT

Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT

Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT

Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT

Toyuqlu Sezar salatı resepti - FOTO RESEPT

Nuş olsun!


Şərhlər: 6
Baxılıb: 1172
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
xosuma gelmedi
17 mart 2016 16:32
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
17 mart 2016 15:06
# 5
Totu
Qeweng salatdi.
17 mart 2016 13:50
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Leylas
Sevmirem bu salati...
17 mart 2016 12:11
# 3
tatyana
Coxxx seviremm,esasda ozum hazirladigimi deyil,zakaz edende coxx lezzetle yeyirem
17 mart 2016 11:30
# 2
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
BARBI
Cox sevdiyim salatdir. Men tez tez hazirlayiram
17 mart 2016 11:12
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz