loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yeni il süfrəsi üçün salat resepti
Yeni il süfrəsi üçün salat resepti
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 3120
Səs ver:
Qarşıdan Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik günü gəlir. Hər ailədə, hər evdə bayram süfrələri bəzədiləcək, dadlı yeməklər, şirniyyatlar, salatlar hazırlanacaq. Hər il oldğu kimi evlərin bəzəyi olan yeni il yolkaları da qurulacaq.Yamyaşıl küknar ağacının üzərini bəzəyən rəngbərən şarlar, parlaq işıqlar hər bir uşağı sevindirir. Bu sevinc bəxş edən rəngarəngliyi süfrələrinizə də yansıda bilərsiniz. Uşaqlarınızın çox sevəcəyi, yolka şarları formasında bir salat hazırlamaq əla fikir olar. 

Qadınlar.biz  sizlərə bayram süfrəsinin bəzəyi olan kiçik yolka şarı salatını təqdim edir.

Tərkibi:
300 q toyuğun sinə əti
200 q bərk pendir
Yarım stəkan qoz ləpəsi
Sarımsaq zövqə görə
Kiçik dəstə şüyüd
Kiçik dəstə cəfəri
Bir neçə ədəd zeytun
Moyanez (başqa souslardanda zövqünüzə görə istifadə edə bilərsiniz).

Hazırlanması:
Toyuğun sinə ətini yuyub, təmizlədikdən sonra duz əlavə edərək 15-20 dəqiqə qaynadın. Bişdikdən sonra əti sudan çıxarıb, kub formasında xırda-xırda doğrayın.

Pendiri sürtgəcin xırda gözündən keçirin. Cəfəri və şüyüdü təmizləyib, qaynar su ilə yaxalayın.

Sarımsağı sürtkəcdə yaxud da sarımsaq döyənlə əzib, bütün bu məhsulları qarışdıraraq, moyanez əlavə edin. Rəng alması üçün 20-30 dəqiqə soyuducuda saxladığınız müddətdə. Qoz ləpəsini blenderdən keçirin. Soyuducudan çıxardığınız qarışımı yumru kündələr halına gətirib, qozləpəsi ilə üzərini örtün.

Yumru balaca şarlarda qarmaq forması yaratmaq üçün, zeytunları halqa hada doğrayıb üzərinə qoyun. 
Şüyüd yarpaqları ilə küknar ağacı obrazı yaradaraq, süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Şərhlər:
Baxılıb: 3120
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz