Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Göyərtili-narlı kartof salatı resepti
Göyərtili-narlı kartof salatı resepti
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 864
Səs ver:
Tərkibi:
6 orta ölçülü kartof (soymayın)
1 balaca qırmızı soğan, soyulmuş, uzununa kəsilmiş və nazik doğranmış
Xırda doğranmış təzə göyərti (bol-bol)—şüyüd, cəfəri, nanə, yaşıl soğan (həm ağ, həm də yaşıl hissələri)
Təqribən 1/3 stəkan təzə nar dənələri (zövqə görə dəyişdirə bilərsiniz)
1/4 çay qaşığı sumaq
Duz
Üyüdülmüş qara istiot
Qırmızı pul bibər
1/3 stəkan extra-virgin zeytun yağı
1 kiçik limonun suyu

Hazırlanması:
Kartofları yuyun və suyla doldurulmuş qulplu qazanda yumşalana qədər bişirin. Suyunu süzüb kənara qoyun. Kifayət qədər soyuyandan sonra kartofları soyun və orta ölçülü kublar şəklində doğrayın. İri, dərin bir cəmə yığın.
Ayrıca, soğanı kiçik bir cəmə qoyun. Üzərinə duz səpin. Bir neçə dəqiqə saxlayın, sonra acı suyunu çıxarmaq üçün əlinizlə yüngülcə əzin (beləliklə soğanın dadı yumşalacaq və o salatın içində çox "qabarıq” hiss olunmayacaq). İndi soğanı kartoflar olan qaba əlavə edin. Üzərinə zövqə görə təzə göyərti, nar dənələri, sumaq, duz, qara istiot və qırmızı pul bibər əlavə edin.
Ayrıca bir qabda zeytun yağı və limon suyunu çalaraq bir-birinə qarışdırın. Salatın üzərinə tökün. Salatı ehtiyatla qarışdırın ki, nar dənələri partlamasın. Dərhal, yaxud yüngülcə soyudaraq süfrəyə verə bilərsiniz (salatlat süfrəyə verilməzdən əvvəl soyuducuda bir neçə saat soyudularsa dadlar daha da dərinləşir).

Nuş olsun!


Şərhlər:
Baxılıb: 864
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz