Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çəhrayı blüz salatı resepti - FOTO RESEPT
Çəhrayı blüz salatı resepti - FOTO RESEPT
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1394
Səs ver:
Tərkibi:
5 ədəd toyuq yumurtası
2 ədəd toyuq budu
700 qr təzə şampinyon göbələyi və ya 1 banka konserv. göbələk
1 ədəd kök
1 ədəd baş soğan
500-700 qr pomidor
zövqə görə mayonez (və ya sarımsaq sousu)
zövqə görə duz
zövqə görə göyərti
1 ədəd ağ turp (bəzək üçün)

Hazırlanması:
1. Şəkildə bəzəkli və ilk baxışdan qəliz görsənsədə əslində bu salatın hazırlanması çox sadədir. Vitaminlərlə zəngin olan bu salat bayram günlərində sizin süfrənizi bəzəyər.

2. Soğan təmizlənib xırda doğranılır. Kök təmizlənib iri gözlü sürtkəcdən keçirilir. Soğan köklə birgə qızardılır. Əgər siz salatın hazırlanmasında təzə göbələkdən istifadə edirsinizsə, o zaman göbələklər xırda kubiklər şəklində doğranılaraq soğan və köklə birgə qızardılır.

3. Toyuğun bud əti sümükdən təmizlənərək doğranılır.

4. Toyuq ətinin yanına qızardılmış kök və soğan əlavə edilir.

5. Kubik formasında doğranmış yumurta əlavə edilir.

6. Əgər təzə göbələk əvəzinə siz turşu göbələkdən istifadə edirsinizsə, o zaman onlari bu etapda doğrayıb əlavə edə bilərsiniz.

7. Salat duzlanir, zövqə görə istiot əlavə edilir, mayonez vurulur və qarışdırılır. Sonra boşqaba qoyularaq ürək forması verilir.

8. Pomidorlar yuyulur və qabıqları spiral formasında iti bıçaqla soyulur. Sonra qabıq geri yığılaraq qızıl gül formasında burulur. Bu üsulla lazımı qədər gül düzəldilib salatın üzərinə düzülür. Göyərti ilə bəzədilir.

9. Turp təmizlənir və nazık lay ilə gül formasında doğranılır. Ortaları bolqar bibərinin tumları ilə bəzədilir.

10. Dadlı və bəzəkli salat hazırdır!

Çəhrayı blüz salatı resepti - FOTO RESEPT

Çəhrayı blüz salatı resepti - FOTO RESEPT

Çəhrayı blüz salatı resepti - FOTO RESEPT

Çəhrayı blüz salatı resepti - FOTO RESEPT

Çəhrayı blüz salatı resepti - FOTO RESEPT

Çəhrayı blüz salatı resepti - FOTO RESEPT

Çəhrayı blüz salatı resepti - FOTO RESEPT

Çəhrayı blüz salatı resepti - FOTO RESEPT

Çəhrayı blüz salatı resepti - FOTO RESEPT


Nuş olsun!


Şərhlər:
Baxılıb: 1394
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz