Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gül salatı resepti
Gül salatı resepti
Göndərən: Nazlı_qız
Şərhlər: 12
Baxılıb: 1667
Səs ver:
Tərkibi:
3 ədəd şirin bibər (müxtəlif rənglərdə)
250 q toyuq filesi
3 ədəd yumurta
1 ədəd təzə xiyar
50 q mayonez
1 ədəd baş soğan
Duz, istiot
Göyərti
duru yağı

Hazırlanması:
Əvvəlcə  soğan xırda doğranılır. Soğanın üzərinə qaynar su tökülür və 10 dəqiqə saxlanılır.
Sonra suyunu süzün və soyuq su ilə yaxalayın ki, soyusun. İndi isə yumurtadan qayğanaq edin. Yumurtaları bir-bir, ayrı-ayrı qırın  ki, yuxa kimi alənsın, duru yağda bişirin.
Hər iki üzünü də qızardın (qızılı rəngdə edin, çox qaraltmayın ki, yanıq dadı gəlməsin). Sonra da kağız salfetin üzərinə sərin, ki yağlı olmasın. Bişmiş toyuq filesi xırda doğranılır
Bişmiş yumurtanı da uzunsov formada doğrayın.
Xiyarı da uzunsov formada doğrayın.
Hamısını böyük bir qaba töküb qarışdırın. Duz, istiot və mayonez vurub bir daha qarışdırın.
Şirin bibərlər iti bıçaqla nazik kəsilir. Amma ortasının tumlarını hələ təmizləməyin. Orta hissəsinə qədər kəsin, sonra da soyuq suya qoyub soyuducuya yerləşdirin
Hazır bibərdən etdiyimiz gülləri salatdan əvvəl hazırlayıb soyuq suda saxlamaq daha yaxşi olar, sonra da salatı edin. Hazır gülləri dəsmal üzərinə düzün ki, suyu süzülsün.
Sonra da hazır salatı qaşıqla güllərin içinə yerləşdirin. Göyərti ilə də bəzək verin və gül salatımız hazırdır.
Bu gül bibərin içinə bir çox salatlari yerləşdirmək olar.
 
Nuş olsun!


Şərhlər: 12
Baxılıb: 1667
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gizem
gorunusu gesengdi
17 avqust 2015 16:50
# 12
Mrs. Perfect
Sogan istisna olmaxnan terkibi superdii
9 may 2015 21:09
# 11
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
FISTIK
Gorunusu qəşəngdir.
9 may 2015 02:48
# 10
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
emis
Tərkibi adi salatlara bənzəyir bəyəndim bele sadə asan salatlari sevirəm bunun da dadlı olacağını düşünürəm. Qızlar hamsı yazıb ki sogansiz yaxşı olar istədim məndə elə yazam ama mamamın sözü yadıma düşdü mən deyəndəki ma yeməyi sogansiz qoy onda mamam deyir ki eləmi bilirsən yeməyə dad verən sogandi,.indi o yadıma düşdü. Təşəkkür. .
8 may 2015 18:03
# 9
qanadli melek
Sogansiz edirem cox dadli olur
8 may 2015 17:53
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
soqansiz yaxsidi
8 may 2015 15:42
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
yeqin ki dadli salatdir. eger sogan bismis haldadirsa beyenmerem amma eger sogan qizardilmayibsa yeqin ki yaxsi olar
8 may 2015 13:38
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nur k-off
Duru yağla soğani ixtisar etsek ela olar
8 may 2015 13:07
# 5
SVETA
cinqosh
Görünüşü qəşəngdi.Ama tərkibini bəyənmədim.qayğanaq nədi axı salatda? bir d hazırlanması uzundu.əlinə sağlıq.
8 may 2015 13:07
# 4
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
BARBI
Terkibini beyendim gorunusu cox qeseng ve ferqlidir
8 may 2015 12:51
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Görünüşü qəşəngdi, tərkibindən soğanı çıxsaq hazırlamaq olar.
8 may 2015 11:08
# 2
Tomris Müslümova
terkibinde biber olan her seyi sevmirem yeyn deyilem biber
8 may 2015 10:33
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz