Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağ turp və yerkökü salatı
Ağ turp və yerkökü salatı
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1457
Səs ver:

 Bu salat üçün sizə ağ turp, yerkökü, təzə göyərti və üzərinə tökmək üçün zeytun yağı, limon yaxud zeytun yağı ilə sirkə qarışığı lazımdır. Siz ərzaqları bir-birinə qata da bilərsiz, gözəl görünüşlü olması üçün bir tərəvəzi digərinin ətrafına düzərək bəzək verə də bilərsiz. Tərəvəzləri bir-birilə qarışdıranda salat daha dadlı olur, amma gözəlliyə üstünlük verirsinizsə ikinci üsuldan istifadə edin.

 

Ağ turp və yerkökü salatı
‘Sultan’s Kitchen”  (Özcan Ozan) və "The Turkish Cookbook” (Nur Ilkin və Sheila Kaufman)  kitablarından adaptə edilmişdir

 

4 pay üçün:

Burada mən daikon və ya yapon turpundan istifadə edirəm. Bu turp yerkökü kimi uzunsov olur, və dadı bildiyimiz yumru ağ turpdan fərqli olaraq heç acı olmur. Azərbaycanda daikon turpunun satılıb satılmaması haqqında məlumatım yoxdur. O turp olmasa belə, bu salat adi yumru ağ turpdan da hazırlana bilər. Yerkökü və turpun miqdarını zövqünüzə görə müəyyən edə bilərsiniz - bunun üçün bir qayda yoxdur.


Ərzaqlar:
2 böyük yerkökü - qabığı təmizlənmiş və sürtkəcin iri gözündən keçirilmiş
2 orta boylu ağ turp  - qabığı təmizlənmiş, sürtkəcin iri gözündən keçirilmiş
Doğranmış cəfəri
Doğranmış göy soğan (baş və yarpaq hissəsi ilə birgə)
Qara zeytun (üzərini bəzəmək üçün)


Üzərini üçün sous:
3-4 xörək qaşığı extra-virgin zeytun yağı (zövqə görə bir qədər artıq və ya az da olar)
Təzə sıxılmış 1 limonun şirəsi
Zövqə görə duz, döyülmüş qara istiot


Birinci üsül:
Sürtkəcdən keçirilimiş turpu dayaz boşqabın ortasında yerləşdirin. Yerkökünü də turpun ətrafına əlavə edin. Salatın üzərinə tökəcəyiniz sousun ərzaqları kiçik bir qabda qarışdırın. Hazırladığınız qarışığı salatın üzərinə çiləyin. Doğranmış cəfəri və göy soğanı də üzərinə səpin. Sonda qara zeytunla salatın kənarlarını bəzəyin və süfrəyə verin.

İkinci üsul:
Sürtkəcdən keçirilmiş tərəvəzləri və digər ərzaqların hamısını bir qabda qarışdırın. Qabın üzərini bağlayıb ən azı 15 dəqiqə soyuducuda saxlayın. Sərin halda yaxud otaq tempraturunda süfrəyə verin.


/Mənbə: Fəridənin yemək kitabı/

 



Şərhlər:
Baxılıb: 1457
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz