Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dadlı Düyü Qazmağı Qaydası
Dadlı Düyü Qazmağı Qaydası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 16858
Səs ver:


Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna "döşəmə plov” deyilir.

Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən,nazik yuxadan,hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz. Şəkildə gördüyünüz şüyüdlü plovun üzərindəkı məhz düyü qazmağıdır.

Bişmiş düyü qatıq və yumurta ilə çalınır, üzərinə zəfəran dəmləməsi əlavə olunur. Əgər zəfəran olmasa sarıkök tozu ilə əvəz etmək olar. Bu üsulda qazmaq qızılı rəngdə olur və yumşaq alınır. Bir şeyi yadda
saxlamaq lazımdır ki, bu reseptə görə qazmaq daha zərif alınır. Lakin narahat olmağa dəyməz, qazmağın içərisi yumşaq, üstü qismən xırçıldayan olur. Bəzən qalın qazmaq da hazırlanır. Reseptdəki ərzaqların qədərini artırmaqla qalın qazmaq hazırlamaq olar. Təqdim etdiyim reseptdəki ingridientlərin miqdarına görə 23 sm genişliyində qazandan istifadə etmişəm. Əgər böyük qazandan istifadə edəcəksinizsə qazmaq
üçün ərzaqları da ona uyğun müəyyən edin. Nuş olsun!



Düyü Qazmağı

Hazırlanması:

1st yarım qaynadılıb süzülmüş düyü bir qabın içinə tökülür, üzərinə 4 xörək qaşığı qatıq və ya xama,1 yumurta,1 cimdik duz əlavə olunur. 1 çay qaşığı döyülmüş sarıkök qatılır və bütün ərzaqlar qarışdırılır. Sarıkök əvəzinə zəfəran da qatmaq olar. Bunun üçün bir çimdik zəfəran telini həvəngdəstə ilə döyüb, toz halına salıb sonra 1 xörək qaşığı qaynar suda həll edib, dəmləmək lazımdır. Alınmış cövhər düyü, yumurta qarışığının üzərinə əlavə edib yüngülcə qarışdırılır.


23 sm genişliyində qazanın dibində 3-4 xörək qaşığı yağ əridilir. (Düyü bu qazanın içində dəm alacaq).
Yumurta düyü qarışığı kəfgir qaşıqla götürülür və qazanın dibinə, əridilmiş yağın üzərinə bərabər şəkildə yayılır. Yüngülcə özünü tutması üçün qapaq qoyulmadan və qarışdırılmadan bir neçə dəqiqə aşağı dərəcədə ocağın üzərində bişirilir ki, özünü tutsun. Asan olsun deyə əvvəlcədən qazmaq taxta qaşıqla 8 hissəyə kəsilərək bölünür. Sonra plov düyüsü qazmağın üzərinə əlavə olunur və plov dəmə qoyulur.



Süfrəyə verərkən qazmaq hissələrə bölünüb plovun üzərinə düzülür.

Digər variant:

Ədviyyatlı düyü qazmağı

Əvvəlki qaydada düyü qazmağının tərkibi hazırlanır. Bu qarışığa həvəngdəstədə döyülmüş bir çimdirk keşniş toxumu və cirə əlavə olunur.




Şərhlər:
Baxılıb: 16858
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz