Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Narhəngi
Narhəngi
Göndərən: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 499
Səs ver:
Tərkibi (4 pay):
300 q sümüksüz qoyun əti
3 kartof
2 şirin bibər
3 baş soğan
2 yerkökü
4 diş sarımsaq
1 dəstə keşniş
1 dəstə şüyüd
50 ml bitki yağı
1 ç.q. keşniş toxumu
1 ç.q. zirə
duz
təzə üyüdülmüş qara istiot
3 pomidor

Hazırlanması:
* (əti reseptdə göstəriləndən 2 dəfə artıq götürə bilərsiniz)
Keşniş toxumu və zirəni həvəngdəstədə əzin. Qoyun ətini gilənar boyda doğrayın. Ədviyyatın yarısı ilə qarışdırın. Soyuducuda 2 saat saxlayın. Bu müddətdə tərəvəzi hazırlayın. Yerkökünü saman kimi doğrayın.Pomidorların uc tərəfində iti bıçaqla xaçvari kəsik edin, üzərinə qaynar su tökün, sonra soyuq suya salıb çıxarın. Qabığı rahat soyulacaq. Kubik doğrayın. Soğanı yarımhalqa doğrayıb 2 bölün (1/4 halqa). Şirin bibəri saman kimi doğrayın. Sarımsağı əzin. Kartofu təmizləyib nazık barmaq yoğunluğunda uzun doğrayın.Keşnişlə şüyüdü xırda doğrayın.Qalın dibli qazanda yağı qızdırın. Əti əlavə edib iti odda qəhvəyi rəng alanadək qovurun. Ocağı lap azaldın. Əti qazanın dibinə yayın. Üzərinə soğanı sıx-sıx düzüb ədviyyatın qalanını səpin, duzlayın. Digər ərzağı da sıx-sıx, lay-lay düzün: yerkökü+pomidor+göyərti+sarımsaq+şirin bibər. Bibərlə göyərti kartofla pomidoru ayıran lay olmalıdır, çünki turş mühitdə kartofun dadı dəyişir. Bibərin üzərinə kartofu düzün. Qazanın qapağını kip bağlayın. Çünki bütün yuxarı laylar buxarda bişməlidir. Əgər qapaq kip bağlanmırsa, üzərindən folqa çəkin. 2 saat vam odda bişirin.

2 saat sonra qazanı qarışdırıb istiot vurun. Bu vaxt görəcəksiniz ki, yeməyin xeyli suyu var (fikir verdinizsə, əvvəldən su əlavə olunmadı)Süfrəyə isti-isti verin.

Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi
Narhəngi

Nuş olsun!


Şərhlər: 11
Baxılıb: 499
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
S.Heydarova
Çox bəyəndim super görsənir tərkibidə əla
23 avqust 2016 14:13
# 11
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Cindrella
Umumiyetce erzaqlari qatib qarisdidmagi sevirem.Amma nese bu olmadi.
23 avqust 2016 00:31
# 10
Fiorella
Mal etiyle yaxsi olar
23 avqust 2016 00:07
# 9
Onun_Mələyi
Qoyun əti yemirəm axı??? bəzi ədviyatları çıxsaq və mal əti ..ımmmm məncə suppa alınar;)) 05
22 avqust 2016 23:55
# 8
Bir duam var,səndən amin gözləyirdua09123
MODABAZ
Sevmedım menlık deyıl twk
22 avqust 2016 23:40
# 7
Heyata daim gulmek lazimdii
İnci
Beyendim bir sozle yemeye ne qeder cox edviyyat toksen o qeder dadli olar
22 avqust 2016 22:59
# 6
Her gulusun arxasında bır keder vardır
vipbetul
qesengdi dadli olar
22 avqust 2016 21:38
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Gülüş.
Qarisiqdir beyenmefim
22 avqust 2016 20:13
# 4
Totu
Qarışıqdır elədə bəyənmədim
22 avqust 2016 19:20
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Beyenmedim. Cox qarisiq reseptdir.
22 avqust 2016 19:00
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
son bahar
ummmm esil menliy yemeydi cox sevdim terkibini ama men mal etiyle biwirerdim bunu21
22 avqust 2016 18:36
# 1
...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz