loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
15 dəqiqəyə hazır olan gürcü xəngəli resepti
15 dəqiqəyə hazır olan gürcü xəngəli resepti
Göndərən: Tomris Müslümova
Şərhlər: 10
Baxılıb: 897
Səs ver:
Yəqin ki, xəngəli sevməyən kişi tapılmaz . Xüsusən də gürcü xəngəli demək olar ki, bütün kişilərin sevimli yeməyidir. Evdə bu yeməyin hazırlandığı günlər bizim üçün əsil bayrama çevrilir.
Kişilər, bəs heç nə vaxtsa özünüz gürcü xəngəli hazırlamaq haqqında düşünmüsünüz? Əgər bunu hələ də sınamamağınıza səbəb işin çətinliyindən qorxmağınızdırsa, buna görə narahat olmayın. Bu dəfəki məqalədə sizə bu dadlı xəmir xörəyinin hazırlanma qaydası haqqında məlumat verəcəyik.

Tərkibi:
• 3 stəkan un
• 1 stəkan su
• 1 yumurta
• duz

Xəmirin içi:
• 250 qr. yağlı qoyun əti
• 200 qr. mal əti
• 3 baş soğan
• qırmızı və qara istiot
• su, duz

Hazırlanması:
Əvvəlcə bizə lazım olacaq qədər unu yaxşıca ələyirik. Una su, yumurta və duzu əlavə edib xəmir yoğururuq. Xəmirin hazır olduğuna əmin olduqdan sonra onun üstünü parça ilə örtüb 20-30 dəqiqəlik dincəlməyə qoyuruq.
İç üçün qoyun və mal əti soğanla birlikdə ət maşınından keçirilir. Çəkilmiş ətin üzərinə yarım stəkan su, duz, istiot əlavə edərək öz buxarında bişiririk. İçlik hazır olduqdan sonra xəmiri kiçik hissələrə ayırır, əldə etdiyimiz kündələrin içinə qiymə doldururuq. Gürcü xəngəlinin əsas sirri içlik doldurulduqdan sonra kündənin bükülmə formasıdır. Buna görə də onun kənarlarını səliqəli şəkildə bükürük. Xəngəllər hazır olduqdan sonra qazanda duzlu su qoyuruq. Su qaynadıqdan sonra hazır xingəlləri qazana tökürük. Xəngəlin bişməsi üçün onun suda 10-15 dəqiqə qalması kifayətdir. Artıq xingəlləri sudan çıxarıb stola təqdim edə bilərik.

Nuş olsun!

Şərhlər: 10
Baxılıb: 897
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
son bahar
cox sevirem gurcu xengelini yoldasim sevmesede arada ozum ucun hazirlayiram
24 sentyabr 2016 00:43
# 10
vipbetul
qesengdi dadli olur

qesengdi dadli olur
23 sentyabr 2016 23:08
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Cox sevirem bele yemekleri
23 sentyabr 2016 21:29
# 8
Kölge
Cooox sevirem xemir xorekleri
23 sentyabr 2016 20:09
# 7
Her şeye gore şukur
YalniZ-ArZu
Bu gun men bu yemeyin xalasiqizin biwirmiwem,yani duwbereni:)))
Bu reseptle mende elemiwem,amma eti ciy qoymuwam xemirin arasina,birde ete su qatmiwam,veriliwlerden birinde ise ete biber goyertide vurulmuwdu.Men biber yox goyerti qatmiwdim,cox dadli alinmiwdi xengelim.
23 sentyabr 2016 19:40
# 6
Ox ancaq geri çəkilərək atılar.Həyat səni çətinliklərlə geri çəkirsə,səni daha böyük şeyə atacağı üçündür.Nişan almağa davam et... melek
MODABAZ
Sitat: _Gülər_üzlü_
Uff....ürəyim istədi lap...Məndə datdı hazırlıyıram bunu...nyam pisir
23 sentyabr 2016 18:53
# 5
Heyata daim gulmek lazimdii
narmiwka_15
gurcu xengelinden otru wiwirem heddinden artiq cox sevirem bu xengeli ama azaz yiyirem((
23 sentyabr 2016 18:30
# 4
Be Happy))
Onun_Mələyi
Uff....ürəyim istədi lap...Məndə datdı hazırlıyıram bunu...nyam pisir
23 sentyabr 2016 18:08
# 3
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
yarpaq33
Dadli yemekdi eyni bizim duwbere kimi hazirlanir sadece suda biwirve iri olur
23 sentyabr 2016 18:07
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Mende bu yemeyin delisiyem.Gurculer cox gozel bisirir.
23 sentyabr 2016 17:49
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz