Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şah plov resepti - FOTO RESEPT
Şah plov resepti - FOTO RESEPT
Göndərən: Tomris Müslümova
Şərhlər: 12
Baxılıb: 499
Səs ver:
"Şah plov” milli mətbəximizdə olan 11 plov növünün başında gəlir. Dadı və görkəmi ilə çox fərqlənir. Bayram süfrəsi plovsuz olmaz fikirləşib bu dəfə "Qurman” rubrikamızda sizin üçün süfrələrimizin şahı olan "Şah plov”un reseptini təqdim edirik. "Şah plovu” sizin üçün bu dəfə "Bulud” Restaurant&Lounge-ın baş aşpazı Cəfər usta hazırladı.

Tərkibi:
Uzun düyü – 4 st
Bişmiş sümüksüz quzu əti – 1 kq
Təmizlənmiş şabalıd – 500 qr
Baş soğan – 3 ədəd
Əridilmiş kərə yağı – 4 x.q.
Qaysı – 10 ədəd
Kişmiş – 1 st
Albuxara – 10 ədəd
Sarıkök ya da zəfəran
Limon duzu
Duz
İstiot
5-6 ədəd yuxa 

Hazırlanması:
Əvvəlcə şabalıdın qabıqları təmizlənir. Təmizlənmiş şabalıd tavadada duz səpilib, yağ əlavə edilib qovrulur. Sonra doğranmış soğanı ayrı bir tavaya töküb, duz səpib, qızılı rəng olana qədər qovurmaq lazımdır. Qovrulmuş soğana 1/3 ç.q. sarıkök əlavə edib qarışdırın. Başqa bir tavada isə əvvəlcə suda bişmiş quzu ətinə yağ əlavə edib qovurmaq lazımdır. Qovrulmuş ətin üzərinə limon duzu, istiot səpilib qarışdırılır. Qovrulmuş soğan ilə ət də, qarışdırılır. Kişmiş, qaysı və alça turşusunu (albuxara) da başqa qabda yağ əlavə edib qovurun. Böyük qazanda su qoyun, suya duz tökün ( 5 lt qazana 2 x.q. duz əlavə edin). Su qaynayanda yuyulmuş düyü tökülüb bişirilir. Düyünü suya tökən kimi əzməmək şərtilə qarışdırmaq lazımdır ki, bir-birinə yapışmasın. Düyü tam bişməmiş o süzülür, üzərinə sarıkök ya da ki, dəmlənmiş zəfəran tökülür.

Daha sonra isə sobaya yerləşəcək bir qazan götürün. Onun içini yağlayın, sonra yuxaların da hər birini yağlayıb qazana yerləşdirin. Bişmiş düyüdən az miqdarda tökürük qazana və üzərinə şabalıd da əlavə edirik. Yenə düyü əlavə edirik, üzərinə əti töküb və qovrulan turşuları da əlavə edirik. Yenə düyü tökürük və qovrulmuş kişmişlə qaysını da əlavə edirik. Kişmişin üzərinə yenə düyü əlavə edib yağlayırıq, sonra başlayırıq yuxaları büküb düyünün üzərini bağlayırıq. Üzərinə bir qab qoyuruq ki, yuxalar açılmasın. Sonra əvvəlcədən 180-200 dərəcədə qızdırılmış sobaya dəm almağa qoyuruq. Bütün tərəfləri qızardıqdan sonra götürürük. 

Qeyd edək ki, bu plovu kiçik, bir nəfərlik qablarda da, bişirə bilərsiniz. Elə aşpazımız Cəfər usta kimi. Cəfər usta plovu restoranda hazırladığı üçün plovun içinə gedəcək ərzaqlar əvvəlcədən hazırlanıb soyuducuda saxlanılır ki, müştəri istəyən kimi tez bişirib, təqdim etsinlər. Süfrəyə verilən plov üstdən kəsilir və qaşıqla götürülür. 

 

 

 

 

 

 

Nuş olsun!


Şərhlər: 12
Baxılıb: 499
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
narmiwka_15
sah plov yimemiwem ama dadli olur diyilene gore
20 avqust 2016 12:39
# 12
Be Happy))
rəmsə
Sah plovu cooox sevirem,bunu da beyendim,ama bir porciya ucun cox balacadiyee 06 bir az boyuk tutsaq bir porsiyani 06 olarmi goresen;)
19 avqust 2016 21:11
# 11
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
S.Heydarova
Cox dadlı olur
19 avqust 2016 20:19
# 10
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
vipbetul
dadli olur icinin qaysisini fialnini atmasaq
19 avqust 2016 19:49
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Dadlı görsənir.
19 avqust 2016 19:49
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Fialka
Sevdiyim plov növlərindən biridir burda bir porsiya olaraq hazırlanmasını bəyəndim belə də daha yaxşı görünür).
19 avqust 2016 19:47
# 7
Kölge
Sitat: BARBI
Sevdim bu plovu. Lezzetli gorsenir. Terkibini beyendim

Men deeee
19 avqust 2016 19:30
# 6
Her şeye gore şukur
MODABAZ
Ama plovu xowlamıram plov yeyende ele bıl medeme hecne getmır acıram medem bow qalır ancaq qarası mene dadlı gelır
19 avqust 2016 18:41
# 5
Heyata daim gulmek lazimdii
BARBI
Sevdim bu plovu. Lezzetli gorsenir. Terkibini beyendim
19 avqust 2016 18:24
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
19 avqust 2016 17:56
# 3
Canavar sevgisi
Olsada yesem . Beyenirem
19 avqust 2016 17:15
# 2
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Barbaris
beyendimm cox dadli olar
19 avqust 2016 17:06
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz