Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sen-Florenten kartofu resepti
Sen-Florenten kartofu resepti
Göndərən: _damla_
Şərhlər: 11
Baxılıb: 885
Səs ver:
Tərkibi: 
1,5 kq kartof
100 q vetçina (yaxud "Doktorskaya" kolbasası) 
70-100 q xırda vermişel (yumurtalı) 
3 yumurta
50 q kərə yağı
təzə üyüdülmüş qara istiot
0,3 ç.q. muskat cevizi
duz
un 
80-100 q narın suxarı
qızartmaq üçün bitki yağı

Hazırlanması:
Kartofu təmizləyib duzlu suda bişirin, sonra suyunu süzüb qazanın qapağını açıq qoyun, 10 dəqiqə qalıb qurusun. Sonra püre hazırlayın. 
Vetçinanı (kolbasanı) xırda kubik doğrayın. 
Püreyə 3 yumurtanın sarısını, kərə yağı, muskat cevizi, duz və doğradığınız vetçinanı (kolbasanı) əlavə edin, qarışdırın. 
Yumurta ağlarını iki yerə bölün. Bir hissəni möhkəm çalın, kartof püresinə əlavə edib aşağıdan yuxarıya doğru qaşıqla qarışdırın. 
Yumurta ağlarının digər yarısını ayrı qabda çalıb bir kənara qoyun. 
Xırda vermişeli ya həvəngdə döyün, ya da paketə qoyub üzərindən oxlovla bir neçə dəfə keçin. 
Kartof kütləsini un səpilmiş masada kolbasa formasına salın. Eyni boyda uzun-uzun doğrayın. 
Hər birini öncə çalınmış yumurta ağına, sonra xırdalanmış vermişellə qarışdırılmış suxarıya batırın. 
Fritürdə qızardın. 
Süfrəyə tərəvəz salatı, yaxud kahı ilə verə bilərsiniz. 

Nuş olsun!


Şərhlər: 11
Baxılıb: 885
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fidan ALYEVA
Kolbasa yemediyim ucun beyenmedim

Kolbasa yemediyim ucun beyenmedim
11 mart 2016 22:16
# 11
.O.F.S.
vipbetul
gornusu cox gozeldi kobasa yerine et qoyusa yemek olar
10 mart 2016 14:17
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
10 mart 2016 12:45
# 9
qanadli melek
Gornuwu gozeldi dadli gorunur
10 mart 2016 10:30
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Kolbasanı ətlə əvəzləsək yaxşı olar məncə.
10 mart 2016 10:02
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Ferqli reseptdir. Yalniz kolbasani sevmedim. Kolbasa evezine toyuq filesinnen istifade ederdim
10 mart 2016 09:45
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fi-Ra
Vermeşil olmasa üstündə pis olmaz. Bəyəndim resepti
10 mart 2016 08:42
# 5
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Vuska87
Cox dadli gorunuwu var .amma terkibi haqda eyni sozu deye bilmirem
10 mart 2016 08:36
# 4
yarpaq33
Resepti beyendim bir terkibindeki kolbasani sevmedim
10 mart 2016 08:31
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ulduz
Bu resept görmusem. Usdundəji verməşillər qizaranda qurumur Görən amma dadlı gorunur
10 mart 2016 08:25
# 2
Fialka
Biraz fərqli reseptdir tərkibində kolbasa məhsulları olan yeməkləri sevmirəm o cümlədən bu reseptidə) amma kim sevirsə təbii onlar üçün yaxşı resept ola bilər))
10 mart 2016 08:20
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz