Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gürcü xəngəli resepti
Gürcü xəngəli resepti
Göndərən: ___Jasmin___
Şərhlər: 23
Baxılıb: 1176
Səs ver:
Tərkibi:
iç üçün: 

800 q can (mal) əti
600 q qoyun əti 
5 diş sarımsaq
2 baş soğan 
1 dəstə keşniş 
1 dəstə cəfəri
200-350 ml ət suyu (bulyon)
nanə (təzə olmasa, qurusu da olar)
qara, qırmızı istiot, zirə (hərəsindən 1 ç.q.), keşniş toxumu (2 ç.q.) 
duz (təxminən 2 ç.q.)

xəmir üçün: 
1 kq un
2 yumurta
200-300 ml süd
50 ml bitki yağı
duz 
 
Hazırlanması:
Unu ləyənə ələyib içinə 2 yumurta qırın. 1 ç.q. (üstsüz) duz, 1 st. süd (200 ml), 50 ml bitki yağı əlavə edib xəmir yoğurun. Əgər un artıq gəlibsə, süd, əksinə, xəmir çox sıyıq alınırsa, un əlavə edin. Bərk olmayan, elastik xəmir alınmalıdır. Masanın üstünə un səpin, iri kündə tutub xəmiri yoğurduğunuz ləyəni həmin kündənin üstünə çevirin. 40 dəqiqə saxlayın. 

Qiyməni hazırlamaq üçün əti ət maşınından keçirə, yaxud da iti bıçaqla çox xırda doğraya bilərsiniz. Doğranmış əti qazana yığın. Soğanı çox xırda doğrayın. Ətlə qarışdırın. 
Ədviyyatları və duzu qarışdırıb ətə əlavə edin. 5 diş sarımsağı xırda doğrayıb ətə əlavə edin. Göyərtiləri də (keşniş, nanə, cəfəri) doğrayıb buraya qatın, əlinizlə əti yoğurun. 20 dəqiqə saxlayın. Sonra qiyməyə təxminən 200 ml bulyon əlavə edin. Unutmayın: ət suyundan sui-istifadə etmək olmaz, bulyon qiymənin içində qalmalıdır, ondan axıb getməməlidir, bu onunçün lazımdır ki, qiymə yumşaq olsun. Həmçinin, az bulyon əti quru edir. 

Xəmirdən bərabər ölçüdə kündələr tutun. Bunları yayın. Amma çox nazik olmasın. Axı qiymənin tərkibində ət suyu var, nazik olarsa, xəngəl bişən zaman yuxa cırıla bilər. Hər dairənin ortasına 1 x.q. qiymə qoyun. Sonra isə dairənin kənarından başlayaraq qatlaya-qatlaya büzün. Boğça alınmalıdır. Onun "boğaz"ını barmaqlarınızla yaxşı sıxın. Əgər "boğazı" çox uzun alınırsa, onu kəsmək də olar. 
 
Masanın, yaxud sininin üstünə un səpib hazırladığınız xəngəlləri oraya düzün. 

Suya duz töküb qaynamağa qoyun. Ət suyundan da istifadə edə bilərsiniz. Su qaynara düşən kimi xəngəllərin "boğaz"ından yapışıb bir-bir suya salın. Gürcü xəngəlinin qazanı böyük olmalıdır ki, suyu çox, xəngəli az olsun (rahat bişməsi üçün). Ehtiyatla taxta qaşıqla qarışdırın, xəngəllər cırılmasın. Xəngəllər suyun üzünə çıxandan sonra onları daha 15 dəqiqə qaynadın (əgər qiyməni doğramayıb, ət maşınından keçirmisinizsə, o zaman bu müddət 10 dəqiqə olacaq). Bişmiş xəngəlləri yastı boşqablara çəkin. 

Xəngəl üçün sous da hazırlaya bilərsiniz. Ən yaxşı sous - əridilmiş kərə yağı ilə qara istiotun qarışığıdır. Bu zaman təzəcə döyülmüş dənəvər istiotdan istifadə etsəniz, daha ləzzətli olar.  

Başqa bir sous xama və doğranmış göyərtinin qarışığıdır. Keşniş və reyhandan istifadə edə bilərsiniz. Bunun da üzərinə döyülmüş qara istiot səpin. 

Həmçinin xəngəlləri iri buluda çəkə, ortasına kərə yağı qoya, cəfəri və reyhan doğrayıb səpə və mütləq qara istiot vura bilərsiniz. 

Nuş olsun!


Şərhlər: 23
Baxılıb: 1176
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
istedim laap xowuma gelir
24 may 2016 19:31
# 23
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
YalniZ-ArZu
Her gun verseler yeyerem,gurcu xengelin.Ozum de dadli biwirirem,deyilene gore.
25 aprel 2016 18:23
# 22
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Fidan ALYEVA
Cox dadli yemekdi sevdiyim yemeklerden biri
12 mart 2016 07:32
# 21
.O.F.S.
leyli
dadli olur xowuma gelir
11 mart 2016 20:15
# 20
ALLAH bu mutluluğu çok görmesin bize.
AMİN
04.03.16
Dosta_inam
Elədə sevmirəm, ancaq hərdən hazırlayıram.
11 mart 2016 10:36
# 19
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Qlamurr
Xəngəl sevdiyim yeməklərdəndi))super olur.
10 mart 2016 23:46
# 18
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
10 mart 2016 22:44
# 17
sima
mende bugun haziramişdim elee))))) cox seviremm
10 mart 2016 22:17
# 16
23.09 25.09 melek melek melek
tenha cicek
mama hemise bisirir amma en gesengini rusiyada restoranda yemisem
10 mart 2016 21:39
# 15
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
narmiwka_15
ayy wiwdim heqiqeten))))
10 mart 2016 21:33
# 14
Be Happy))
ɢüмüş
Cox sevirem gurcu xengelini. Coxdandi bisirmirem. Gerek hazirlayim sabah beh_beh
10 mart 2016 21:18
# 13
Vuska87
Xemir xorekleri sevirem.bextim getiribki kokelmirem
10 mart 2016 21:09
# 12
zezema
ahaaaa...cox sag olun... mudur n'aptin? )) agzimin suyu axdi klavanin ustune. dietadayam!!!!!! 09
10 mart 2016 20:33
# 11
Bir hissimi itirmishem - TEECCUBLENMEK
qanadli melek
Hec sevmirem bu xengeli
10 mart 2016 19:57
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Totu
Men xengel cox xowlayiram.ama bu xengeli yememiwem
10 mart 2016 19:37
# 9
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Ela
Xosladıqım yemekdır ama esl resept bu deıl her kes ferqlı hazırlayır
10 mart 2016 19:12
# 8
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
ulduz
Cox sevirem bu yemeyi. Amma xəmirinə süd vuruldugunu bilmirdim
10 mart 2016 19:00
# 7
vipbetul
qeseng dadli olur
10 mart 2016 18:57
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Sevdiyim yemekdir. Gurculer bu usulla hazirlamir.
10 mart 2016 18:57
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
___Jasmin___
bu xengeli cox sevirem gürcülerin bişirdiyi
formada cox dadli olur
10 mart 2016 18:54
# 4
Buyudum artik anne 14 bahar kaldi geride...
Azəri_Ledi
xəngəli cookk sevirəmn buda lezzetli görsənir
10 mart 2016 18:38
# 3
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
tatyana
Coxlari sevir bunu,men sevmirem etle olduguna gore,gurculer gozel bisirir
10 mart 2016 18:02
# 2
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Fi-Ra
Yoldaşımın ən sevdiyi yeməkdi. Tez-tez bişirirəm
10 mart 2016 17:57
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz