Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şah plovu resepti
Şah plovu resepti
Göndərən: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 1184
Səs ver:
Tərkibi:
Zəfəran – 0,5 qr.,
Düyü – 3 stəkan (1 st. – 200 qr.),
Duz – 1 ç.q.,
Əridilmiş yağ– 200 qr.,
Tikə quzu əti – 600 qr.,
Ərimiş yağ – 300 qr.,
Baş soğan – 3-4 baş,
Quru alça – 150 qr.,
Kişmiş – 300 qr.,
Ərik – 200 qr.,
İstiot, sarıkök – zövqə görə,
Lavaş– 10 dənə
 
Hazırlanması:
Bu bayram plovu görkəmindən orta əsrlər şərq hökmdarlarının tacına oxşadığı üçün belə adlanır.
Düyü arıdılır, yuyulur, 4-6 saat duzlu isti suda isladılır. Duzlu suda yarıbişənə qədər qaynadılır. Sonra aşsüzənə tökülüb süzülür, zəfəran əlavə edilir. Ət dördkünc tikələrə doğranır, üstünə duz, istiot, alça turşusu sürtülür.
Qazanın dibinə və divarlarına kərə yağı çəkilir.
Qeyd: Şah plov hazırlamaq üçün dibinin diametri ağzının diametrindən dar olan qazan götürülür.
Qazanın dibinə aralarına kərə yağı çəkilmiş 5 lavaş elə qoyulur ki, onlar qazanın divarlarından kənara sallansın.
Lavaşın hazırlanması: un, yumurta, su və bir az duz tökməklə bərk xəmir yoğrulur. Bundan xırda kündələr tutulur və 2 mm qalınlığında lavaşlar yayılır, bərk qızdırılmış tavada qızardılır (yağ tökülmür).
Qazanın dibindəki lavaşların üstünə düyünün bir hissəsi (təxminən 1/3-i) tökülür, onun üstündən ət əlavə edilir, yenə düyü (təxminən 1/3-i) tökülür. Ortasına qabıqdan çıxarılmış şabalıd, ərik və kişmiş qoyulur və qalan düyü də əlavə edilib lavaşlarla kip örtülür. Qalan 5 lavaş da aralarına yağ çəkilərək düyünün üstündən qoyulur. Üstündən kərə yağı çəkilir, qapağı örtülərək temperaturu 1300S olan fırında (duxovka) bişirilir. 40 dəqiqədən sonra üstündən ərimiş kərə yağı tökülür.

80 dəqiqədən sonra fırındın çıxarılır, qapağı açılır və yağı boşaldılır, qazan yastı buluda çevrilir. Ortada deşik açılıb, plov pay-pay bölünür, qazmaq isə ləçək kimi açılır.

 


Nuş olsun!


Şərhlər: 12
Baxılıb: 1184
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
icinde kismis filan olduquna gore yeye bilmirem
16 mart 2016 00:59
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
Eyni ile bele hazirlamisam cox sevirik.
15 mart 2016 23:44
# 11
Немного терпения, и у тебя все получится..
Antikvar
Hazırlamışam eynilə bu görünüşdə dadlıda olur.Tşklər.
15 mart 2016 23:20
# 10
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
15 mart 2016 22:01
# 9
tatyana
Gozeldi bizde bisiririk bucur,dadli olur
15 mart 2016 21:52
# 8
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
narmiwka_15
men duzu yimemiwem ama elede sevmirem plovu
15 mart 2016 21:50
# 7
Be Happy))
Narın Yağış
Sevirəm şah plovu.Ancaq ətləri seçirəm,yemirəm mən)
15 mart 2016 21:24
# 6
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
ulduz
Cox sevirem bu plovu. Amma hec vaxt bisirmemisəm
15 mart 2016 19:20
# 5
yarpaq33
Plovun her novunu xowlayiram
15 mart 2016 18:43
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
15 mart 2016 18:26
# 3
S.Heydarova
şah plovu bəyəndiyim plovdandır
15 mart 2016 18:12
# 2
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
BARBI
Cox beyendim. Gozel plovdur. Mutleq hazirlayacam. Bizim zonada plov basqa cur hazirlanir
15 mart 2016 17:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz