Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toyuqla parça-döşəmə plov resepti - FOTO RESEPT
Toyuqla parça-döşəmə plov resepti - FOTO RESEPT
Göndərən: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 767
Səs ver:
Tərkibi:
4-6 porsiya üçün nəzərdə tutulub
3 stəkan uzun düyü
4 xörək qaşığı ərinmiş kərə yağı
1 stəkan təmizlənmiş şabalıd*
½ stəkan quru ərik
1 stəkan quru gavalı (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ cup quru İran xurması (çəkirdəyini çıxarda bilərsinizsə, məsləhətdir)
½ stəkan ağ kişmiş
1 kilo kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (istəyə görə sümüklü də ola bilər)
1 ədəd baş soğan – nazik yarımhalqalar şəklində doğrayın
1/3 çay qaşığı zəfəran teli – döyülmüş və 3 xörək qaşığı qaynar suda həll olunmuş
duz
istiot
 
Hazırlanması: 
1. Düyünü təmizləyin, və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir.

2. Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun.
 
3. Digər ərzaqları hazırlayın. Tavada 2 xörək qaşığı yağ qızdırın. Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın. Üstünə ərik, qavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın. Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın. Tavanı kənara çəkin.

4. Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz qoyun (məndə belə qazan olmadığından mən adi altı-yapışmayan – non-stick qazandan istifadə edirəm). Qaynadın. Düyünü süzün və bu suya əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində arada-bir qarışdıraraq bişirin. Düyünün dadına baxın -hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, yumuşaq olmamalıdır. Düyünü süzün və kənara qoyun.
 
5. Qazanda 1 xörək qaşığı kərə yağı əridin. Toyuq ətini qazanın dibinə bir lay düzün. Üstünə bir az duz və istiot səpin. Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq, və ikisi də bir qədər yumuşalacaq.
 
6. Soğan layının üstünə düyünün yarısını tökün. Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün. Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 1-2 xörək qaşığı kərə yağə tökün.

7. Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun.
 
8. Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin. Sonra qapağını açıb düyünün üstünə zəfəran-şirəsi tökün.
 
9. Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin. Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.

10. İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.

 

 

 

 

 

 


Nuş olsun!


Şərhlər: 13
Baxılıb: 767
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
elza_elza
Cox gozal gorunur.ellariniza saqliq
16 mart 2016 00:55
# 13
Fi-Ra
Plovdan ötrü ölürəm. Bu formada bişirilən plov çox dadlı olur nyam
14 mart 2016 17:55
# 12
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
vipbetul
kismisdi sabaliddi filan plov xoslamiram

kismisdi sabaliddi filan plov xoslamiram
14 mart 2016 17:55
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Azəri_Ledi
mmmm plovu cox sevirəm
14 mart 2016 17:47
# 10
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
ayka95
Poluvu cox sevirem
14 mart 2016 14:56
# 9
Totu
Cox sevirem bu plovu
14 mart 2016 14:02
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
14 mart 2016 13:55
# 7
ɢüмüş
Bu plovu menim en gozel bisirir. Cox sevirem bu yemeyi. Anam bisiren yeyirem sadece. Ozum bisire bilmirem. Basqasi da anam qeder dadli bisirmir.
14 mart 2016 12:34
# 6
krisa
Oy ,plov menim en sevimli yemeklerimden biridir.Dösemeli plovu da cox xoslayiram.Ancaq,Yoldasim xoslamir .
14 mart 2016 12:11
# 5
Miss_Oxatan
Mende sabah doweme plov hazirlayacaqdim bele.
14 mart 2016 11:58
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Dosta_inam
Bəh bəh çox dadlı görünür, plovu xoşlayıram, ancaq o qədər də, yeyə bilmirə.
14 mart 2016 11:29
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Leylas
Gozel gorunur... Plovu ele de sevmirem...
14 mart 2016 11:17
# 2
BARBI
Doseme plovu cox xoslayiram. Yalniz terkibindeki meyve qurularini sevmire
14 mart 2016 09:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz