Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ananaslı plov resepti - FOTO RESEPT
Ananaslı plov resepti - FOTO RESEPT
Göndərən: guler19
Şərhlər:
Baxılıb: 540
Səs ver:
Hazırlanma vaxtı:  1 saat 10 dəqiqə
Tərkibi:

1 kasa düyü
1 ədəd ananas
1 ədəd baş soğan
1/4 kasa portağal və ya ananas şirəsi
1 ç/q şəkər tozu
1 diş sarımsaq
2 ç/q zeytun yağı

Hazırlanması:
Tay mətbəxinin resepti olan bu ekzotik qarnir balıq yeməkləri ilə də süfrəyə verilə bilər. 
Düyü yaxşı yuyulur və suyu süzülür.  
Qazana iki stəkan su əlavə olunur. Su qaynadıqda düyü əlavə edilir. Qarışdırmaq olmaz. Düyü əlavə olunandan sonra su yenidən qaynadıqda qaz azaldılır və 15-20 dəqiqə düyü hazır olana qədər bişirilir.  
Düyü bişənə qədər ananas təmizlənir, qabığı soyulur, özəyi çıxarılır və şəkildəki kimi dilimlərə kəsilir.  
Tava tam qızandan sonra, doğranmış ananaslar tavada yağsız qızardılır.  
Qızılı rəng alana qədər qızardılır.  
Qızardılmış ananaslar bir kənarda soyudulur.  
Bu arada qazandaki bişmiş düyünün qapağı bağlanıb kənara yerləşdirilir.  
Soğan və sarımsaq xırda doğranılır.  
Soyudulmuş ananas kubiklər formasında doğranılır.  
Orta odda yağ isidilir, tavaya soğan və sarımsaq əlavə edilərək bir qədər qızardılır.  
Portağal şirəsinə 1 çay qaşığı şəkər tozu əlavə edilir.  
Tavadakı soğanın üzərinə doğranmış ananas və portağal şirəsi əlavə edilərək orta odda pörtlədilir. Ananas dilimləri yumşaq və şirin alınmalıdır.  
Düyü ilə ananas qarışdırılır. 
Qarnir hazırdır! Süfrəyə verildikdə soya sousu əlavə etmək olar. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun! 


Şərhlər:
Baxılıb: 540
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz