Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Stromboli - pizza ruleti resepti - FOTO RESEPTİ
Stromboli - pizza ruleti resepti - FOTO RESEPTİ
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1188
Səs ver:
Tərkibi:
250 q pizza xəmiri
1 fincan tomat sousu
1,5 fincan sürtgəcdən keçirilmiş motsarella pendiri
9 fal salyami
7 fal nazik doğranmış vetçina (başqa kolbasa növü ilə əvəz edə bilərsiniz)
1 yumurta (üstünə)
cəfəri qurusu

Pizza xəmiri (500 q):
1 fincan isti su
2 1/4 ç.q. quru maya
1 x.q. bal və ya şəkər tozu
2 ç.q. duz
2 x.q. bitki yağı
3 fincan un (üstəgəl 0,5 fincan)

Hazırlanması:
Pizza xəmiri: Ləyəndə isti suda bal və ya şəkər tozunu maya ilə qarışdırın. 10-15 dəqiqə, üzərində qabarcıqlar əmələ gələnədək saxlayın. Duz, bitki yağı, unun yarısını əlavə edib qarışdırın. Sonra hissə-hissə unun qalanını əlavə edib, əlinizə yapışmayanadək xəmir yoğurun.
Elastik olanadək ətləyin. (Əgər mətbəx kombaynınız varsa, xəmiri içinə qoyub 6 dəqiqə yoğura bilərsiniz).

Ləyəni və xəmiri azca bitki yağı ilə yağlayın, üzərinə qida plyonkası çəkib, isti yerdə 1-2 saat saxlayın.

Sobanı 240 dərəcə qızdırın. Sinini bitki yağı ilə yağlayın. Perqament də döşəyə bilərsiniz.

Xəmiri 25x40 sm ölçüdə yayın. Siniyə qoyun.

Sininin 2/3-nə tomat sousu çəkin (kənarlardan 6-7 sm saxlamaq şərtilə).

Sousun üstünə pendirin yarısını səpin. Üstünə kolbasa və vetçinanı düzün, üstündən pendirin qalan yarısını səpin.

Yumurtanı kasada çalın və xəmirin açıq kənarlarına çəkin.

Rulet kimi bükün. Üstünə yumurta çəkin, sürtgəcdən keçirilmiş motsarella, yaxud parmezan pendiri, sonra isə quru cəfəri səpin.

Ruletin üzərini 4-5 sm-dən bir iti bıçaqla çərtin.

Sobada 10-12 dəqiqə bişirin. Hazır olandan sonra 5 dəqiqə soyudun, sonra isə doğrayın.

Süfrəyə tomat sousu ilə verə bilərsiniz.
Stromboli - pizza ruleti resepti - FOTO RESEPTİ

Stromboli - pizza ruleti resepti - FOTO RESEPTİ

Stromboli - pizza ruleti resepti - FOTO RESEPTİ

Stromboli - pizza ruleti resepti - FOTO RESEPTİ

Stromboli - pizza ruleti resepti - FOTO RESEPTİ

Nuş olsun!


Şərhlər:
Baxılıb: 1188
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz