Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kələmli keks resepti
Kələmli keks resepti
Göndərən: ALESSANDRA
Şərhlər: 15
Baxılıb: 941
Səs ver:
Tərkibi:
İçlik üçün:

1 kələm (təxminən bir kilo yarımlıq)
70 qram Westgold kərə yağı
1 baş soğan
Zövqə görə doğranmış təzə şüyüd (qurudulmuş şüyüdlə əvəz etmək olar)
Duz-istiot

Xəmiri üçün:
3 yumurta
6 xörək qaşığı xama
2 xörək qaşığı mayonez (mayonezi xama ilə əvəz etmək olar, mayonez mütləq deyil)
1 çay qaşığı duz
2 çay qaşığı qabartma tozu
5 xörək qaşığı un
Bir çimdik güncüt

Hazırlanması:
8 stəkan doğranmış kələm əldə etmək şərtilə kələmi xırda-xırda doğrayın. İri qaba qoyub üstünə bir neçə çimdik duz səpin.
Digər tərəfdən soğanı xırda-xırda doğrayıb kərə yağında bir az qızardın. Qızarmış soğanı kələmin üstünə tökün. Buraya göyərti, zövqə görə duz və istiot əlavə edib qarışdırın. İçlik hazırdır.
Kənarları çıxan xüsusi yumru tort formasının içini bir az yağlayın. Kələmli içliyi formaya boşaldın. Formanı kənara qoyun.
Ayrı qabda yumurta, xama və mayonezi mikserkə bir neçə dəqiqə çalın. Duz, qabartma tozu və unu əlavə edib ərzaqlar qarışanadək çalmağa davam edin (çox çalmağa gərək yoxdur). Alınan kütlə sulu olmalıdır (amma çox deyil). Bu kütləni formadakı içliyin üstünə töküb, qaşıqla hamarlayın. Çəngəl vasitəsilə piroqu üstdən bir az deşin ki, kələm xəmiri bir az çəksin. Xəmirin üstünə güncüt səpin.
Sobanı 180C dərəcəyədək qızdırın. Keksi 30-35 dəqiqə, yaxud üstü qızaranadək bişirin. Sobadan çıxardıb bir qədər soyumağını gözləyin. Soyuduqdan sonra formanın kənarlarını çıxardıb, Keksi süfrəyə verin.

Nuş olsun!


Şərhlər: 15
Baxılıb: 941
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
___Jasmin___
beyenmedim pis olar yeqin resept pisdi
5 avqust 2016 17:36
# 15
I remained behind now the mother of 14 spring -Big

vipbetul
dadli olar yayqin
27 noyabr 2015 19:14
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Grsu
maraqli reseptdir........
27 noyabr 2015 08:20
# 13
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Dosta_inam
Mən kələmli peraşki etdim qızlar yemədi, bunu hazırlasam vapşe yeməzlər, əziyyətim hədər gedər, təşəkkür.
27 noyabr 2015 06:49
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Happy
Bəyənmədim. Kələmin pişmişin bir tək borşda xoşluyuram
26 noyabr 2015 23:36
# 11
Aysu Tagızadə
Məncə qətiyyəN Yaxşı olmaz...Kələmdən keks...
26 noyabr 2015 21:19
# 10
SENSİZ
Bu wirniyyat menlik deyil
26 noyabr 2015 21:10
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
naz_vefa
Kelem xowdayram amma wirniyatda yoxx
26 noyabr 2015 19:42
# 8
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
aynur2002
KELEMI SEVIREM AMMA HEC BIR SIRNIYYATDA ESITMEMISDIM KI KELEM OLAR
26 noyabr 2015 19:21
# 7
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
yarpaq33
Kelemi helede sevmirem menlik deyil bu resept
26 noyabr 2015 18:12
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Bismis kelemi xoslamiram. Men daha cox ciy kelem yeyirem
26 noyabr 2015 18:10
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Roza
Biz bu yemeyden hazirlayiriq, kelemi cox sevirem.
26 noyabr 2015 17:45
# 4
....
evli.mutlu.cocuklu
kelemi hec sevmirem
26 noyabr 2015 17:25
# 3
Leylas
Bismis kelemi o geder de sevmirem...
26 noyabr 2015 16:54
# 2
Ela
Kelemı o gede sevmırem resepdı sevmedım
26 noyabr 2015 16:42
# 1
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz