Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanın 11 plovunun resepti
Azərbaycanın 11 plovunun resepti
Göndərən: aliceWOnDer
Şərhlər: 15
Baxılıb: 2368
Səs ver:
Qiymə-çığırtma plov
Qoyun əti – 165q., düyü – 150q., ərinmiş yağ – 50q., baş soğan – 30q., yumurta – 2 ədəd, zəfəran – 0,1q., istiot – 0,5q., duz. Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulur

Kütüm plov
Hisə verilmiş kütüm – 180q., düyü – 100q., ərinmiş yağ – 50q., yumurta - 1 ədəd, istiot – 0,1q., duz. Kütüm küküsü hazırlanır. Düyü və lobya ayrılıqda bişirilir, qarışdırılır, yağ vurulub dəmə qoyulur. Süfrəyə verdikdə boşqaba lobyalı plov çəkilir, yanına ayrıca paxlava şəklində doğranmış kütüm küküsü qoyulur.

Südlü plov
Hisə verilmiş kütüm – 182q., düyü – 100q., ərinmiş yağ – 40q., süd – 250q., buğda unu – 20q., kişmiş – 50q., ərik qurusu – 50q., xurma – 25q., şəkər – 20q., yumurta – 1/10 ədəd, zəfəran - 0,1q., duz. Düyü süddə yarımhazır olana qədər bişirilir, şəkər, yağ və zəfəran vurulub 1 saat saxlanılır. Sonra düyü kəfkirlə verilir.

Lobya-çilov plov
Qoyun əti – 221q., ərinmiş yağ – 50q., ağ lobya – 50q., düyü – 100q., kişmiş – 40q., baş soğan – 40q., zəfəran – 0,1q., darçın – 0,2q., istiot – 0,1q., duz. Hər paya 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib hazır olunca bişirilir. Lobya və düyü əlavə edilir.

Ali müsəmbə plov
Qoyun əti – 221q., düyü – 150q., ərinmiş yağ – 50q., albuxara – 20q., qara gavalı qurusu – 40q., baş soğan – 50q., darçın – 0,2q., zəfəran – 0,1q., mixək – 0,05q., istiot – 0,1q., duz. Qoyun əti paylıq tikələrə doğranıb yağda qızardılır, az miqdarda bulyon, yağda qızardılmış soğan, qara gavalı, albuxara və ədviyyat qatılıb süfrəyə verilir.

Ov quşu ilə plov
Ov quşu (qırqovul, kəklik, və ya turac) – 330q., düyü – 120q., ərinmiş yağ – 40q., kişmiş – 30q., zoğal axtası – 20q., qaysı – 25q., şabalıd – 50q., zəfəran - 0,1q., duz. Emal edilmiş ov quşu yarımhazır olana qədər bişirilir. Soğan yağda qızardılır, ona kişmiş, xırda doğranmış meyvə qurusu və şabalıd əlavə edilir. Sonra bunlar quşun üzərinə əlavə edilir.

Qiymə plov
Qoyun əti – 221q., düyü – 100q., ərinmiş yağ – 50q., kişmiş – 30q., zoğal axtası – 20q., baş soğan – 40q., şabalıd – 30q., zəfəran – 0,1q., un – 6q., yumurta – 1/8 əd., darçın – 0,2q., istiot – 0,1q., duz. Qoyun əti qiyməsi tavada qızardılır, şabalıd təmizlənib xırda doğranır, kişmiş və zoğal axtası əlavə edilir.

Şazəndə plov
Düyü – 150q., ərinmiş yağ – 50q., yumurta – 2 əd., baş soğan – 100q., lumu turşusu – 0,5q., şəkər – 5q., zəfəran – 0,1q., darçın – 0,2q., istiot, duz. Soğan yağda qızardılır, lumu duzu və şəkər qatılır. Üstünə çalınmış yumurta əlavə edilib bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verdikdə plovun üstünə qayğanaq qoyulur, yağ əlavə edilir.

Meyvə plov
Düyü – 150q., ərinmiş yağ – 50q., kişmiş – 30q., ərik qurusu – 25q., qaysı – 20q., qara gavalı qurusu – 25q., un – 10q., yumurta – 1,6 ədəd, duz. Südlü plov kimi hazırlanır, lakin düyü suda bişirilir. Dəmə yağda bişirilmiş meyvə ilə birlikdə qoyulur. Süfrəyə verildikdə plovun üstünə yağda bişirilmiş meyvə və qazmaq qoyulur.

Toyuq plov
Toyuq əti – 207q., düyü – 100q., baş soğan – 20q., badam ləpəsi – 10q., ərinmiş yağ – 10q., kişmiş – 50q., zirə – 0,1q., zəfəran – 0,1q., istiot – 0,1q., duz. Toyuq suda hazır olunca suda bişirilir. Badam və meyvə yağda qovrulur, ayrı yağda qızardılmış soğan və zirə əlavə edilir. Ayrıca bişirlmiş plov boşqaba verilir.

Çığırtma plov
Toyuq əti – 216q., düyü – 150q., ərinmiş yağ – 40q., baş soğan – 40q., yumurta – 1əd., lumu turşusu – 0,05q., zəfəran – 0,1q., duz. Emal edilib yuyulmuş cücə 35-40 qramlıq tikələrə doğranır, duzlanır və tavada yağ içində qızardılır. Bəzən cücə suda yarımhazır olana qədər bişirilir. Ona yağda qızardılmış soğan, lumu turşusu, istiot, zəfəran əlavə edilir.

Fisincan plov
Qoyun əti – 220q. və ya toyuq əti – 21q., düyü – 150q., ərinmiş yağ – 50q., qoz ləpəsi – 50q., nar – 50q., və ya narşərab – 15q., lumu turşusu – 2q., və yaxud abqora – 15q., baş soğan – 20q., darçın – 0,2q., zəfəran – 0,1q., istiot – 0,1q., duz. Toyuq əti tikələrə bölünür.

Xam-döşəmə plov
Qoyun əti – 217q., düyü – 150q., ərinmiş yağ – 40q., kişmiş – 15q., qaysı – 15q., albuxara – 15q., xurma – 10q., şabalıd – 30q., qabaq – 100q., istiot – 0,1q., duz. Quzu ətindən hər paya 2-3 sümüksüz tikə kəsib duz və istiot vurulur. Meyvə və şabalıd yağda bişirilir. Qazanın dibinə yağ töküb qaymaq əlavə edilir.

Şüyüd plov
Düyü – 150q., ərinmiş yağ – 50q., yumurta – 2əd., süd – 30q., şüyüd – 60q., zəfəran – 0,1q., duz. Düyüdən adi qaydada plov hazırlanır və dəmə qoyulduqda narın doğranmış şüyüdlə qarışdırılır. Yumurtanı südlə çalıb omlet bişirir, paxlava şəklində doğranır. Boşqaba plov çəkilib üstünə omlet tikələri qoyulur və yağ tökülür. Bəzən omlet əvəzinə bişirilmiş qoyun əti istifadə edilir.

Səbzi-qovurma plov
Qoyun əti – 221 q., düyü – 150 q., ərinmiş yağ – 50q., baş soğan – 50 q., göyərti (kəvər, keşniş,ispanaq., turşəng)- 150 q., limon turşusu – 0,1 q., və ya abqora – 5 q., zəfəran – 0,1 q., istiot – 0,1 q., duz.
Yumşaq qoyun əti 35-40 qramlıq tikələrə doğranır, duz və istiot vurulub qızardılır. Ətin üzərinə yağda qızardılmış soğan, abqora, iri doğranılmış göyərti əlavə edib bişirilir. Ayrıca bişirilimiş plovun bir hissəsinə zəfəran vurulur. Boşqaba çəkilib yanına səbzi – qovurma qoyulur, üzərinə yağ tökülür.

Şabalıdlı plov
1,5 st. düyü, 1 st. xaşlanmış şabalıd, 1 xörək qaşığı (x/q) quş üzümü, 2 ədəd qənd, yarım çay qaşığı (ç/q) yeni bahar, yarım ç/q qara bibər, 1,5 ç/q duz, 1 armud stəkan(st.) duru yağ, 1 ç/q kərə yağı, 2,5 st. su, ya da ət suyu.
Düyülər təmizlənir, duzlu ilıq suda yarım saat saxlanılır. Şabalıdlar xaşlanır, soyulur, hər şabalıd bir neçə parçaya bölünür. Şabalıd və quş üzümü birlikdə 5 dəqiqə qovrulduqdan sonra süzülmüş düyü qatılır. Bir neçə dəqiqə qovrulduqdan sonra, duz, yeni bahar, qara bibər, qənd əlavə olunur. Üzərinə 2,5 st. su qoyulur, ən son kərə yağı əlavə olunur.

Badam plov
2 st. düyü, 2,5 x/q kərə yağı, 1 x/q şam fıstığı, 1 x/q quş üzümü, 2 x/q badam, yarım ədəd xaşlanmış toyuq, 3,5 st. toyuq suyu, 1 ç/q duz, 1 ç/q qara bibər, 1 ç/q yeni bahar. Xəmiri üçün: 1 ədəd yumurta, 2 x/q yumuşaq kərə yağı, 1 ç/q duz, ala bildiyi qədər un, 1 qəhvə fincanı ilıq su. Çeşidlənmiş düyü yarım saat duzlu suda isladılır. Fıstıq və quş üzümü yağda pəmbələşdirilir. Üzərinə isladılıb, yıxanan, süzülən düyü əlavə olunur, bir neçə dəqiqə qovrulur. Isti toyuq suyu əlavə olunur. Əvvəlcə orta, sonra batıq atəşdə 20 dəqiqə bişirilir. Ocaqdan alındıqdan sonra üzərinə didilmiş toyuq, duz, qara bibər, yeni bahar əlavə olunur, yavaşca qarışdırılır.

Qiymətli plov
1,5 st düyü, 100 qr. qiymə, 2 ədəd acı bibər, 1 ədəd kiçik soğan, 1 ədəd orta boy pomidor, 1 armudu st. arpa şəhriyə, 1 armudu stəkan duru yağ, 1,5 ç/q duz, 3 st. su.
Soğan çox incə doğranır, 2 x/q duru yağda yarım olaraq bişirilir, üzərinə çox incə doğranmış bibər qoyulur, qovrulur. İçinə qiymə əlavə olunur, dənə-dənə olması üçün qarışdırılaraq qovrulur. Qiymə qovrulunca rəndələnmiş pomidor və duz əlavə edilir, pomidorun rəngi dəyişincə ocaqdan alınır. Başqa bir qazana duru yağ qoyulur, yağ qızınca arpa şəhriyə qatılır və şəhriyə pəmbələşincəyə qədər qovrulur. Sonra süzülmüş düyü əlavə olunur, düyü şəffaf bir hal alana qədər qarışdırılaraq qovrulur.

Şirin plov
Düyü – 150 q., əridilmiş yağ – 50 q., kişmiş – 30 q., ərik qurusu – 30 q., şəkər – 40 q., qara gavalı qurusu – 30 q., buğda unu – 10 q., yumurta – 1/6 ədəd, duz.
Meyvələr yağda şəkər əlavə etməklə qovrulur. Düyüdün yarım hazır vəziyyətdə plov bişirilir, meyvə ilə qarışdırılıb dəmə qoyulur. Süfrəyə verildikdə təpəcik şəklində boşqaba tökülür, üstünə qazmaq və qara gavalı qurusu qoyulur.

Qayğanaqlı plov
Düyü – 150 q., əridilmiş yağ – 50 q., yumurta – 2 ədəd, baş soğan – 100 q., limon turşusu – 0,5 q., şəkər – 5 q., zəfəran – 0,1 q., darçın – 0,2 q., duz, istiot.
Soğan yağda qızardılır, limon duzu və şəkər qatılır. Üstünə çalınmış yumurta əlavə edilir və bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə plovun üstünə qayğanaq qoyulur, yağ tökülür və darçın səpilir.

Paxla plov
Qoyun əti – 221 q., əridilmiş yağ – 50 q., ağ paxla – 50 q., düyü – 100 q., kişmiş – 40 q., baş soğan – 40 q., zəfəran – 0,1 q., istiot – 0,1 q duz.
Hər paya 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib hazır olunca bişirilir. Paxla və düyü ayrılıqda bişirilir və süzülərək qarışdırılıb dəmə qoyulur. Kişmiş yağ içində ayrıca bişirilir. Süfrəyə verildikdə boşqaba düyü ilə paxla çəkilir, üstünə kişmiş, qazmaq qoyulur, yağ tökülür və darçın səpilir. Ət ayrıca verilir.


Şərhlər: 15
Baxılıb: 2368
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka95
hamisini sevirem en cox hazirladigim suyud plovdu
19 iyul 2015 15:55
# 15
Dosta_inam
Plovun her novunu xoslayiram, ancaq cox yeye bilmirem.
19 iyul 2015 11:27
# 14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergız33
Plovun her növünü sevirem
19 iyul 2015 02:36
# 13
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
BARBI
Toyuqlu suyudlu ve sabalidli plovlari cox sevirem. Plov bizim sah yemeyimizdir
18 iyul 2015 23:28
# 12
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Bebiw
Yanii agzimin Suyu tokuldu beh beh Men de plov xowlayanam
18 iyul 2015 19:27
# 11
sowu
my_angel
Qayğanaqlı plov ilk dəfədir bilirəm,görəsən dadı necə olar 26 ?
Plovu ümumilikdə çox sevirəm nyam .
18 iyul 2015 19:18
# 10
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Ela
Plovu sevırem
18 iyul 2015 19:08
# 9
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
qanadli melek
Plov cox sevirem esasda suyudlu plov
18 iyul 2015 17:51
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ALONE
plov seven deyilem illerle yemesem yadima dusmez 08
18 iyul 2015 17:38
# 7
Men "Melek" deyilem amma canim yansa,cennet yawatdigim insanlara cehennemi yawadaram....!
WiRiN BaLaM
ELƏDƏ PLOV SEVƏN DEYİLƏM

ELƏDƏ PLOV SEVƏN DEYİLƏM
18 iyul 2015 17:35
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
yarpaq33
Hele wuyud plov
Merci plov en esasi doweme plov

Hele wuyud plov
Merci plov en esasi doweme plov
18 iyul 2015 17:03
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
butun qatısıq plovları xoslamıram

butun qatısıq plovları xoslamıram
18 iyul 2015 16:57
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Plovun hər növünə xoşum gəlir.Məncə 11 yox daha çox plov resepti var Azərbaycanda.Birdəki şişirdiz məninyamNə yaxşıki xaladennikdə plov var,gedim yeyim...
18 iyul 2015 16:41
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Catwoman666
plov cooooooox seviremm. en cox da sebzili sudlu ve suyudluu. beh behhhhh
18 iyul 2015 16:35
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
ulduz
ne cox plov oldu..amma cox sevirem plovlari hazirlayuiram tez tez
18 iyul 2015 16:35
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz