Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balakənin ət qutabı resepti
Balakənin ət qutabı resepti
Göndərən: Fialka
Şərhlər: 12
Baxılıb: 1200
Səs ver:
12 ədəd-6 nəfərlik

Tərkibi:
Xəmir üçün:

4 fincan + yoğurmaq üçün əlavə un (bir fincan = 150 qram un)
2 xörək qaşığı duz
2 fincan otaq tempraturunda su

İçlik üçün:
450-500 qram ət maşınından keçirilmiş qoyun yaxud mal əti və ya qarışıq –yarı qoyun,yarı mal əti
2 ədəd ət maşınından keçirilmiş orta ölçülü soğan – təxminən bir fincan
1 xörək qaşığı palçıq lavaşana yaxud ½ fincan təzə nar dənələri (miqdarı zövqə görə müəyyən olunur)
Zövqə görə duz və istiot .Şimal-qərb zonalarında,xüsusi ilə də Balakəndə qutab üçün hazırlanmış içliyə 1 cimdik şüyüd toxumu,1 qədər doğranmış sarımsaq və doğranmış təzə keşniş də qatırlar.

Bunlardan əlavə:
Əgər qutab 1-ci üsulla bişiriləcəksə bir qədər şit yağı/ərinməmiş kərə yağı, 2-ci üsulla bişiriləcəksə qızartmaq üçün bitki yağı və üzərinə səpmək üçün sumaq lazım olacaq.

Hazırlanması:
Xəmirin hazırlanması:

Böyük bir qaba un əlavə olunur,duz vurulur qarışdırılır. Unun içində yuva açılır,su az-az əlavə olunmaqla xəmir halını tutanadək əllə qarışdırılır. Xəmir formasına gəldikdə sonra üzərinə un səpilmiş yuxa yayan taxtanın üzərində 10 dəqiqə yoğrulur. Yoğurarkən ələ yapışmasın deyə tez-tez un səpilir.Lakin unu çox qatmaq olmaz,əks halda xəmir bərkiyər və yaymaq mümkün olmaz. Həm də yuxa yayarkən kifayət qədər un istifadə olunduğunu da nəzərə almaq lazımdır. Yoğrulmuş xəmir 12 bərabər ölçülü hissələrə bölünüb əllə kündələnməlidir. Bir kündəylə işlərkən digərlərinin üzərini dəsmalla örmək lazımdır ki,kündələr qurumasın.

İçliyin hazırlanma qaydası:
Bir qaba içlik üçün lazım olan ərzaqlar tökülür və yaxşıca qarışdırılır. Əgər lavaşana əvəzinə nar dənələri istifadə olunacaqsa o zaman ərzaqları elə qarışdırmaq lazımdır ki, narlar əzilməsin.

Yuxanın yayılması:
Kündənin biri üzəri bir qədər unlanmış yuxayayan taxtanın üzərinə qoyulur və üstünə də bir qədər un səpilir.Kündə əllə basılıb yastılanır və oxlovla açılır.Diametri təxminən 12 sm  olanadək xəmiri fırladaraq oxlovlar açmaq lazımdır. Sonra isə açılmış xəmirin üzərinə yenə azca un səpilir və əllə xəmirin üzərinə tam yayılır. Belə olduqda yuxa nə oxlova yapışar, nə də yuxanı yayayarkən onda deşiklər əmələ gələr,həm də asanlıqla yayıla bilər. Yuxanı öz tərəfinizdənki kənarlarından başlayaraq axıradək oxlova bükməklə sonra cəld açmaq lazımdır. Bu zaman oxlov özünüzə paralel olaraq hərəkət etməlidir. Bu qayda ilə hər dəfə yuxanı açarkən üzərinə azca un səpilməlidir. 25 sm ölçüsündə dairə alınanadək yuxa açılmalıdır.

İçliyin doldurulması: Hazır yuxanın üzərinə yarıyadək ətli içlik qoyulub yayılır. İçlik sıx,lakin nazik olmalıdır. Sonra yuxanın digər yarısı ətli içliyin üzərinə qatlanıb,kənarları barmaqla ehmalca basılaraq bitişdirilir. Qutablar aşağıdakı iki üsülla bişirilə bilər.

1-ci üsul: (Balakən zonasında qutab yalnız sacda/tavada bişirilir və bizim ailədə həmişə bu üsuldan istifadə edilib). Öncədən qızdırılmış sac yaxud yapışmayan tavada qutabın növbə ilə əvvəl bir,sonra isə digər tərəfi üzərində zərif qəhvəyi qabarcılar əmələ gələnədək qızardılır. Hazır bişbiş qutablar boşqaba qoyulur və elə isti halda üzərinə firça ilə yağ çəkilir. Qutablar bu qayda ilə qızardılıb yağlanaraq bir boşqabda üst-üstə yığılır. Sonda üzərinə sumaq səpilib süfrəyə verilməlidir.

2-ci üsul: (Bəzi yerlərdə bu üsuldan istifadə edilir). 1 xörək qaşığı bitki yağı yapışmayan tava tökülüb qızdırlır. Üzəri qızılı rəng alanadək qutabların hər iki tərəfi qızardılır. Hər dəfə qızartma zamanı lazım gələrsə yağ əlavə olunmalıdır. Qızardılmış qutablar sonra salfetin üzərinə qoyulub yağı çəkilməlidir. (Bu üsulla bişirilimiş qutablar sonradan yağlanmır.) Hazır qutabların üzərinə sumaq səpilib dərhal süfrəyə verilməlidir.

Nuş olsun!


Şərhlər: 12
Baxılıb: 1200
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
qutab sevirəm. çox dadlı olur.

...666...
30 iyul 2015 15:31
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Ela
Goyertı gutabını daha cox sevırem
29 iyul 2015 19:48
# 11
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
Niquw Abdulayeva
Menim anamda cox dadli bisirir canim anam
29 iyul 2015 02:36
# 10
...AdaDunyam``
cox dadli yemekdir,off ya,canim cekti
28 iyul 2015 21:56
# 9
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
vipbetul
dadli olur
28 iyul 2015 19:33
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Bizim tereflerdede sacda biwirilir ama yalniz goyerti qutabi et qutabini ise yagda qizardiriq
28 iyul 2015 18:07
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
sona
et qutabini sevmirem goy ve qarin qutabini sevirem
lap ureyim istediyee
28 iyul 2015 16:54
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Dosta_inam
Mende qutabi cox sevirem esas goyerti ile olani, A-canda ocaqda sacda bisirerdi anam, burda sac olmadigi ucun mecburen tavada bisirirem, nyam
28 iyul 2015 16:31
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
WiRiN BaLaM
qutab çox sevirəm nyam
28 iyul 2015 15:34
# 4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
rəmsə
Ət qutabı da qəşəng olur,ama mən nədənsə göy qutabını daha çox xoşlayıram.Bişirmə üsuluna gəlincə isə mən qutab yağda bişəndə yemirəm.Sacda bişirilən qutabları yeyirəm.Özüm də ev sac yoxdu deyə qutab bişirəndə məcburan yağ tökmədən tavada quru halda bişirirəm.
28 iyul 2015 15:30
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Nergız33
Men et qutabı bişirende evvelce cekilmiş eti qovururam . Sonra ele bu qaydasa bişirirem . Cox xoşlayıram qutabların bütün növlerini.
28 iyul 2015 15:19
# 2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
BARBI
Bu usulla bizde hazirlayiriq qutabi. Cox dadli alinir.
28 iyul 2015 14:58
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz