Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Paxlalı cənub plovu resepti
Paxlalı cənub plovu resepti
Göndərən: rəmsə
Şərhlər: 15
Baxılıb: 3373
Səs ver:
Tərkibinə daxil olan ərzaqlar və hazırlanma qaydası.

0,5 kq düyü götürülür,yuyulub yarım saatlıq islağa qoyulur.Paxla təmizlənir.Onu da deyim ki,bu paxla ancaq cənub zonasında əkilir.Görünüşcə lobyanı xatırladır,amma özü də, içindəki dəni də lobyadan böyük olur.

Paxlanı təmizləmək dedikdə əvvəl içindəki dən çıxarılır,sonra isə o dənlər bir-bir qabığından təmizlənir- buna cənub zonasında paxla qınlanır deyilir.Yarım kq düyü ücün belə deyim,bir böyük kasa qınlanmış paxla və 3 dəstə şüyüd ,yarım kq quyruqlu, yağlı ,soğanla cəkilmiş qoyun əti götürülür.
 
Plovun suyu qaynamağa başlayanda düyü ilə birgə paxla qazana tökülür, adi qaydada duz əlavə edilir.Adi plovu necə qaynadıb süzürüksə bunu da elə süzürük.Doğranmış şüyüdü süzgəcdəki süzülmüş düyüyə əlavə edirik.Şüyüdü düyü və paxla ilə birgə qaynayan suya da tökmək olar, amma belə daha ətrini və vitaminini saxlamış olur.
Qazanin dibinə azacıq süzgəcdəki paxla, düyü, şüyüdlü qarışıqdan töküb kərə yağı ilə qarışdırırılır.Kərə yağı da yüz qram olsa bəs edər.Sonra bu qarışıqın üzərinə soğanla çəkilmiş qoyun ətini duzlayıb ,istiotlayıb bütöv katlet şəklində qazqnın dibinə yığırıq.

Bundan sonra yavaşca süzgəcdən qarışıq qazana tökülür və sonda adi qaydada yağlanır və dəmə qoyulur.Bir saat vam odda dəm alır.Süfrəyə qatıqla verilsə daha yaxşıdır.Bu yemək bişirilən gün yeyilsə daha məsləhətdir.
Zövqə görə bu plovu quru ya duzlu balıqla da yemək olar.
Qeyd edim ki bu yemək ancaq may ayında bişirilir.Cünki paxlanın ömrü cox azdır.
Siz də bu gözəl cənub yeməyini bişirməyə tələsin.Əminəm ki, bir dəfə bişirsəniz bu yemək ömürlük mətbəxinizin menyusunda olacaq.

Nuş olsun!


Şərhlər: 15
Baxılıb: 3373
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cinqosh
bildiyimiz şüyüdlü paxlalı plovdu.həqiqətən çox ləzzətlidi.özüm bişirmişəm evdə.əla reseptdi.əsl bu may ayında paxlanın çıxan vaxtıdı, elə həmişə may ayında bişirirəm şüyüdlü plovu.əlinə sağlıq.
19 may 2015 13:06
# 15
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Antikvar
Cənub bölgəsindən olduğum üçün Talış mətbəxinə məxsus bütün plovları bilirəm)Amma öz aramızdı bizim mətbəxin təamları bir başqa dadlı olur)Bu plovdanda bişirmişəm özüm çoxda sevməsəmdə evdəkilərə görə bişirirəm.Paxlanı mən çox zaman dovğa eləyəndədə tökürəm ,dadlı olur.

Aliyeva Günel mən özümdə sibirdə yaşayıram)Paxla sibirdədə var əyər yaşadığınız yerdə (metro)adlı market varsa ordan tapa bilərsiz)Rusiyanın bir çox yerlərində dediyim marketdən var çünki Germanlara xas marketlərdi.Dondurulmuş şəkildə balaca paketlərdə olur adıda (бабу)-du)
18 may 2015 20:11
# 14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
rəmsə
Sitat: Aliyeva Gunel
Ay Remse baci men Baki yarmarkasina Allah bilir haçan gelecem,dünyanin axirinda oluramee men sibirde.nömremi desem mmsle gönderersen o paxlani? teşekkür canim plovlarin reseptin sebirsizlikle gözleyecem.

Hmmmm,onda ən yaxşısı sən paxlasız,sadəcə olaraq şüyüdlə bişir,o da qəşəng olur
18 may 2015 19:54
# 13
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Dosta_inam
Ay Remse baci men Baki yarmarkasina Allah bilir haçan gelecem,dünyanin axirinda oluramee men sibirde.nömremi desem mmsle gönderersen o paxlani? teşekkür canim plovlarin reseptin sebirsizlikle gözleyecem.
18 may 2015 17:54
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
rəmsə
Sitat: yarpaq33
Bu yemeyin adi wuyud plovdu men bunu qoyun etinden tike etden biwirirem etide awin dibine qoyuram qalani da eyni yazildigi kimi cox dadli olur en cox sevdiyim plovdu

Düzdü şüyüd plov da buna oxşayır,ama bu şüyüd plov deyil,bu paxla plovdu.

Aliyeva Günel və Nərgizz bacı elə Bakı yarmarkalarında deyirsən paxla verirlər,lobya yoxaaa paxla.Super plovdu.

Qızlar hələ sizə bütün cənub zonasının plovlarını öyrətmək fikrim var))))Boranı plovu yollamışam,bu paxla plov,qalıb lərgə plov və quş plov))))
18 may 2015 17:41
# 11
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
yarpaq33
Bu yemeyin adi wuyud plovdu men bunu qoyun etinden tike etden biwirirem etide awin dibine qoyuram qalani da eyni yazildigi kimi cox dadli olur en cox sevdiyim plovdu
18 may 2015 17:31
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
SENSİZ
Pulovu cox sevirem bu gün remsegilde qonaqam tesadüfen bişirmisdi cox gözel ve dadlı ıdi meslehetli plovdu bişirmeye deyernyam
18 may 2015 17:22
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Fialka
Plov sevənəm bu reseptlə də ilk dəfədi tanış oluram ) görünür dadlı olacağ bəyəndim, təşəkkür.
18 may 2015 17:09
# 8
Dosta_inam
Plov xoşlasamda bir boşqabi yeyib bitire bilmirem,bu plovun terkibi bişirme qaydasini beyendim,ama men o lobyani hardan alim ay baci,yene mayin evveli deseydin,mamaya deyerdim poçtla yollayardi,ama indi çatmaz poçla gelen bir aya anca çatir mene,sen de dedin ancaq may ayinda bişir,neynek resepti götürüm A-cana gelende bişirerik.
18 may 2015 17:02
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
isveç.de
Ay canım CƏNUBUM. HƏYATIM ANAM hərzaman pişirərdi. Çooooooox dadlı olur ləzzətlii
18 may 2015 16:57
# 6
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Nergizz
ay qiiizzz,dadli gorunur,terkibide,ama bu paxlani hardan tapa bilerik? bu biri paxlalarla ola biler?? remsecim,ya bizede getr o paxladan yada,yerin de gedek tapaq,biwirmek istyrem,
18 may 2015 16:52
# 5
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
BARBI
Bu plovu yemisem cox lezzetli plovdur.
18 may 2015 16:40
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
paxlali plov yeye bilmirem
18 may 2015 16:35
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
lpovu hedsiz sevenem ama bunu hec vaxt yememisem terkibine baxanda dadli plova benziyir
18 may 2015 16:32
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Catwoman666
plov sevirem bunun dadi da yeqin ki yaxsi olar
18 may 2015 16:32
# 1
"All men must die, but we are not men"

Daenerys Targaryen
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz