Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pendirli kökə resepti
Pendirli kökə resepti
Göndərən: emis
Şərhlər: 15
Baxılıb: 1719
Səs ver:
Pendir ən dadlı və faydalı süd məhsullarından biridir.
Pendirin tərkibində insan orqanizminə lazım olan bir çox maddələr var. Bu maddələrin arasında: zülallar, süd yağı, mineral maddələr, vitaminlər və s. Pendirin tərkibində olan zülal süddə olan zülalla müqayisədə orqanizm tərəfindən daha yaxşı mənimsənilir.
Pendir kalsium və fosfor kimi vacib maddələrlə zəngindir. Bu maddələr bizim sümüklərimizin, dişlərimizin, saçlarımızın sağlamlığı üçün olduqca vacibdir. Hamilə qadınların və uşaqların kalsiuma olan təlabatı daha çox olur. Bu səbəbdən bu qrup insanlar mütləq hər gün bir neçə tikə pendir yeməlidir.
Bundan əlavə pendir sink, yod, selen, dəmir, mis, kalium kimi elementlərlə zəngindir. Pendirin tərkibində A, B qrupu, C, D, E, PP kimi vitaminlər də var.
Pendir iştah artırır, həzm proseslərinə çox müsbət təsir edir. Məhz bu səbəbdən bir çox ölkələrdə pendir qida qəbulu zamanı və ya qida qəbulundan sonra masaya verilir.
Pendirli kökə çox dadlı qəlyanaltıdır. Bu kökə 15-20 dəqiqə ərzində bişirilir. Kökə səhər yeməyi və ya nahar zamanı masaya verilə bilər.

Tərkibi:
Qatıq - 1 stəkan (turş olmamalıdır)
Pendir - 200 qr (holland pendiri kimi pendirlərdən istifadə edin)
Soda - bıcağın ucunda
Duz və istiot - zövqə görə
Un - 1,5 - 2 stəkan

Hazırlanması:
1. Enli qaba qatıq tökün, üzərinə soda əlavə edin və qarışdırın. Daha sonra qaba  sürtgəcin iri gözündən keçirilmiş pendir əlavə edin və yenə yaxşı qarışdırın.
2. Daha sonra ələnmiş un, duz və istiot əlavə edin və yaxşı qarışdırın. Xəmir kifayət qədər qatı olmalıdır.
3. Qızdırılmış tavaya bir qədər zeytun yağı tökün. Daha sonra xəmiri tavaya tökün və qapağın altında bişirin.
4. Kökənin altı qızardıqdan sonra onu ehtiyatla o biri tərəfinə və qızardın.

Nuş olsun!


Şərhlər: 15
Baxılıb: 1719
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
oyy coooxx beyendim cox guman ki dadlidir
17 may 2015 17:29
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Rusi
nyam nyam ac vaxtimdaaaa nyam
16 may 2015 23:43
# 14
vipbetul
xoslamiram
16 may 2015 22:42
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tatyana
terkibinde pendir varsa menlikdi,beyendim resepti coxx asandi
16 may 2015 19:26
# 12
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
gunesli1
Peh peh
16 may 2015 19:13
# 11
yasemin
Pendir qatılan çox şeyi sevirəm… bununda görünüşü geşəng dadıda əminəm gözəl olar tşklər canım
16 may 2015 18:12
# 10
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
yarpaq33
Pendirli her yemeyi sevirem bunuda mutleq hazirlayacam
Reseptde xowuma geldi cox sagol canim
16 may 2015 18:00
# 9
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
Buna oxşar resept hazırlamışam ancaq tərkibi burda daha sadədi elədə bəyənmədim) yenədə təşəkkürlər.
16 may 2015 17:05
# 8
Dosta_inam
Gõrünüsü ve terkibi yaxsidir,ancaq dadini deye bilmerem hazirlayacam.
16 may 2015 17:00
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
cinqosh
Terkibi xosuma geldi.gorunusu de yaxsi da.tebii ki dadini bilmirem onu da hazirliyib bilmek olar.eline sagliq.
16 may 2015 16:56
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Antikvar
Pendir sevmədiyim üçün bişirmə ehtimalım azdı))Sevənlər üçün asand və dadlı təamdı.Eziyyətiniz üçün təşəkkürlər)
16 may 2015 16:43
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Tomris Müslümova
pendiri cox sevirem asandi reseptde
16 may 2015 16:38
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
GünƏşimƏ_AiD_
Dadli sheye benziyir.elemek olar adin eshitmishdim amma elemeishdim hec vaxt..edecem. tshk
16 may 2015 16:35
# 3
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Miss_Oxatan
ne rahat reseptdir
16 may 2015 16:31
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Tam bu resept yox buna benzer koke hazirlayiram
16 may 2015 16:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz