Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səbzəli küftə resepti
Səbzəli küftə resepti
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 16
Baxılıb: 1850
Səs ver:
Səbəzəli küftə bizim damaq dadımıza yad deyil. Bu dadı bizim küftə-bozbaş adını verdiyimiz yeməkdən bilirik. Sadəcə, içində səbzə növləri daha çoxdur və küftələri daha kiçikdir.
Soyuq qış günlərində böyük iştahayla yeyə biləcəyiniz bir yemək.
4 nəfərlik Bişmə müddəti 25 dəqiqə

Tərkibi:
250 qr qiymə
1 dilim bayat çörək içi
1 çay qaşığı qaleta unu
1 soğan
1 yumurta
Duz
qara bibər
2 yemək qaşığı un

Səbzəli içlik üçün:
30 qr kərə yağı
2 soğan
1 dəstə kərəviz
2 yerkökü
1 stəkan doğranmış pomidor
1,5 litr su
2 kartof
1 stəkan konservləşdirilmiş yaşıl noxud
yarım dəstə cəfəri,
duz, dənə qara bibər, kəklikotu

Hazırlanması:
Cəfərini təmizləyib doğrayın. Soğanı soyub sürtgəcdən keçirin. Suyunu süzərək soğanı və cəfərini dərin qaba alın. Sürtgəcdən keçirilmiş çörək içi, qaleta unu, qiymə, yumurta və ədviyyatı əlavə edib yoğurun. Küftə xəmirindən qoz boyda toplar düzəldin. Yuvarladığınız qiyməni una batırın.

Səbzəli içlik üçün – soğanı, kərəvizi, kartofları soyub kub şəklində doğrayın. Yerkökünü və cəfərini də təmizləyib doğrayın. Qazanda kərə yağını isidib soğanları qovurun. Qabıqlarını soyub, sürtgəcdən keçirdiyiniz pomidorları da əlavə edib 1-2 dəqiqə qovurun. Sırayla yerkökü və kərəvizi əlavə edib 2-3 dəqiqə bişirin. İsti suyu əlavə edib bir əl qaynadın. Sonra yoğurub, yuvarladığmız küftələri qazana alın və 10 dəqiqə bişirin. Kartofları və konservləşdirilmiş yaşıl noxudları əlavə edib 5 dəqiqə daha qaynadın. Kartoflar bişincə incə doğradığınız cəfərini, duzu, dənə qara bibəri və kəklikotunu səpin. Ocağı söndürüb, səbzəli küftənizi isti-isti servis edin.

Nuş olsun!


Şərhlər: 16
Baxılıb: 1850
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ayniska Gulum
Kərəviz nəyə deyirsiz göyərtidi 06
26 iyul 2015 00:29
# 16
Cimbom Nilay
belə də** 13
3 iyun 2015 19:07
# 15
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Laliçqaa
Hec beyenmirem
8 may 2015 14:11
# 14
Ayten666
Yemekleri niye bugune qoyursuz
7 may 2015 23:19
# 13
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
SENSİZ
indi duru xorekler yemek olmur qisda lezet edir tesekkurler cadu
7 may 2015 22:07
# 12
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
rəmsə
Dadlı yemək olar məncə,yoldaşım belə yeməkləri xoşlayır,ama oğlum qəti küftə yemir.
7 may 2015 21:18
# 11
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
emis
et seven deyilem ona gorede ayda ilde bir defe yeyerem kufte kimi yemekler.bele yemeklere heleki bas qosmuram mamam hazirlayirama bu qeder qarisiq yox.herden yeyirem.tesekkurler.
7 may 2015 21:02
# 10
Meleknur
gornuwu yaxwidi amma biwirmek menlik deyil tewekkurler
7 may 2015 20:19
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Antikvar
Gorunuse baxdiqda dadli yemeye benzeyirde ammasi burdadiki,icinde olan levazimatlarin bir coxunu beyenmedim.Twk)
7 may 2015 19:03
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Catwoman666
ne qeder dadli olacagini deye bilmerem. cunki terkibi bir az ferqli geldi mene ve gorunusu de tam ureyimce olmadi
7 may 2015 18:58
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
içindekilere esasen dadli olar yeqin,hazirlamaq olar,teşekkür.
7 may 2015 18:36
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
oxx canim cekdi menimdee nyam
7 may 2015 17:42
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
Anam bele bişirir
7 may 2015 17:36
# 4
SVETA
Fialka
Görünüşü dadlı olacağını deyir, hazırlayıb baxmaq lazımdır, təşəkkür.
7 may 2015 17:16
# 3
BARBI
Bu yemeyi yemisem cox lezzetlidir.
7 may 2015 16:55
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
uzune baxdim hec xosum gelmedi
7 may 2015 16:34
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz