Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Kartof” pirojnaları - 5 resept
“Kartof” pirojnaları - 5 resept
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 20
Baxılıb: 1950
Səs ver:
1. Tərkibi:
(20 ədəd üçün)
Vanilli suxarilər-500 q
Qatılaşdırılmış süd- 400 ml
Kakao tozu – 50 q
Kərə yağı – 200 q
Tünd şokolad 70-80 %-li -100q
Konyak – 30 ml
Sitrus qurusu (qatmaya da biləriniz) – 20 q

Hazırlamaq üçün qayda:
1. Öncə suxarilər üyüdülməlidir. Bunu ətçəkən və ya üyüdən maşın ilə etmək olar. Əsas odur ki,üyüdülməmiş tikə qalmasın.
2. Ayrıca bir qabda bir bağlama qatılaşdırılmış süd ilə kakao tozu qarışdırılır. Düyünlər yox oluncaya qədər qarışdırılır,kərə yağı əlavə edilir və xırda od üstə qoyulur (kərə yağı əriyənə qədər)
3. Ardıyca qaynar su buxarında acı şokolad əridilir. Bunun üçün kiçik qazana su süzülüb qaynadılır,suya isə qırılmış şokolad tikələri qoyulur. Su qaynayaraq şokoladı zərifcə əridir. Nəticədə ərimiş şokolad və yapışıb-yanmayan təmiz qablar.
4. Ərimiş şokoladın yarısı hazırlanan yağ və şokoladlı kremə süzülür,qalan hissə isə bəzək üçün kənara qoyulur.
5.Sonda kremə iki xörək qaşığı konyak qatılır. Bu gözəl ətir vermək üçündür.
6.İndi suxari tozu və şokoladlı krem bir-birinə qatılır.
7.Nəticədə belə bir şokoladlı kütlə alınacaq. "Xəmir” quru alınıbsa,bir az süd əlavə etmək olar.
8.Kartof forması verilir,ya da yumru-yumru kündələnir.
9.Fərqli dad veren içlik qoymaq olar,məsələn sitrus qurusu.
10.Bəzək üçün də həmin sitrus qurularını nazik-nazik doğramaq lazımdır.
11. Qalmış şokoladı qızdırıb pirojnaları ona batırıb hərəsinin üstünə bir cüt sitrus qurusu qoyulur.
12.İndi şokoladın tam donmağını gözləmək lazımdır. Bir gündən sonra yemək daha dadlıdır,pirojnalar bu müddət ərzində yumşalıb daha da dadlı olacaq.

2. Tərkibi:
100 q kərə yağı
100 q qatılaşdırılmış süd
2 xq konyak və ya mətbəx romu
2 xq kakao tozu
1 stəkan süd
400 q ovulan peçenye

Qayda:
1. Peçenyeni blenderdə xırdalayın.
2. Kərə yağını qatılaşdırılmış süd ilə əzib qarışdırdıqdan sonra rom əlavə edin.
3.Üyüdülmüş peçenyeni alınmış kütlə ilə qarışdırıb 1 qaşıq kakaonu qatın. Kartofa bənzəyən pirojnalar yapıb soyuducuya bir saatlıq göndərin. Hazır pirojnaları qalan kakao ilə bəzəyin (üstünə səpin)

3. Tərkibi:
Qaynamış krem üçün...
200 ml süd
100 q yağ
2 xq şəkər tozu
2 çq un
1 yumurta
vanilin
300 q üyüdülmüş peçenye
2 xq kakao
50 q qoz (istəyə görə)

Qayda:
1. Qozu da peçenye kimi üyüdüb elə ona qatın.
2.Kakao tozunu əlavə edin.
3.Qaynayan kremi hazırlayaq:
4. Şəkər ,un və vanilini bir az süddə isladın (mikser çubuğu ilə qarışdırın ki,düyünlər olmasın).
5.Yumurtanı sındırıb qarışdırın. Qalan südü qazana töküb qızdırın.
6.Minimal xodda qaynayan südə yavaş-yavaş yumurtalı və südlü qarışığı tökün,daima qarışdırn.
7. Qarışıq sürətlə qatılaşacaq!Yağı da qatıb tam həll olmasına kimi qarışdırın.
8.İsti krem hazırdır,indi isə peçenye üyüntüsünü bura tökün.
9.Pirojnaları formalaşdırın.
10. Hazır pirojnaları kakao tozuna və ya Nesquik tozuna batırın. İstədiyiniz kimi bəzəyə bilərsiniz.

4. Tərkibi:
500 q peçenye ovuntusu
200 q kərə yağı
200 q şəkər
2-4 xq kakao
150-200 ml süd
vanilin
darçın zövqə görə

Qayda:
1.Peçenyeni ovuntu halına gətirmək üçün həmişəki qaydada üyüdün.
2.Peçenye ovuntusuna kakao tozu,vanilin,darçını və şəkəri qatın.
3. Kərə yağını əridib peçenyeyə qatın.
4.Südü bir az qızdırıb yavaş yavaş hazır kütləyə süzün.
5.Xəmirdən kartof formalı pirojnalar hazırlayıb soyuducuya qoyun.

5. Tərkibi:
10 porsiyalıq ərzaq:
Biskvit üçün:
3 yumurta
90 q şəkər
75 q un
15 q nişasta
Krem üçün:
125 q kərə yağı
65 q şəkər pudrası
50 q qatılaşdırılmış süd
1 qaşıq beylis (konyak ,rom ilə əvəzləmək olar)
kakao tozu

Hazırlama qaydası:
Bu növ "Kartof "pirojnasının hazırlanması: Öncə biskviti bişirək.
1.Yumurta ağını sarısından ayırın.
2.Sarıları ağ krem əmələ gələnə kimi şəkərin 2/3 hissəsi ilə çırpın.
3. Ağları köpük olanadək çırpdıqdan sonra qalan şəkəri də əlavə edib kip köpük alınanadək çırpın.
4.Hər iki çırpıntını birləşdirin.Un və nişastanı əlavə edib ehtiyyatla qarışdırın.
5.Xəmiri tavaya süzüb 12-15 dəqiqə 200 dərəcədə bişirin.
6.Biskviti yaxşıca soyutduqdan sonra blenderdə xırdalamaq lazımdır.

Kremin hazırlanması:
7.Kərə yağını şəkər pudrası ilə krem şəklinə düşənə kimi çırpın. Diqqət! Şəkər pudrasını şəkər ilə əvəz etməyin,belə ki,şəkər əriməyəcək!
8. Az-az qatılaşdırılmış südü əlavə edərək çırpmağa davam edin.
9.Bir az kremdən götürüb bəzək üçün ayırın.
İndi pirojnaları formalaşdıraq.
10.Bir qaba biskvit qırıntılarını tökün,üstünə krem və beylisi töküb qarışdırın.
11. Pirojnalar yoğurun (məndə 9 ədəd iri və bir balaca pirojna alındı) ,kakaoya batırıb üstündən krem ilə bəzəyin.
12. Hazır pirojnaları soyuducuya qoyun,artıq 1-2 saatdan sonra möcüzəvi dadı olan pirojnaları yemək olar.
Nuş olsun!


Şərhlər: 20
Baxılıb: 1950
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Kaş konyak olmazdı
30 aprel 2015 14:00
# 20
İçimi görsən mənə aptek alarsan.
Yusif Ulker
bundan hazirlamisam cox dadli olur.
29 aprel 2015 18:25
# 19
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Qlamurr
Adı daha çox diqqətimi çəkdi,çünki başlığı oxuyanda tərkibində kartof olduğunj düşünmüşdüm))anladığım qədəriylə hər biri ayrı reseptdi,sadəcə tərkibində konyak olmasını bəyənmədim,
29 aprel 2015 00:29
# 18
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
ilk defedi bele uzun resept gorurem bunlarin hamsi bir idi? yoxsa ayri ayri reseptlerdi? goren niye kartofdu men bunlarin icinde kartof sozunu gormedim axi, dadli olacagini dusunurem,gorunusu adi bisirdiyimiz kokelere oxsuyur,kanyakli saqalat sevirem ama sirniyatda yememisem tesekkur resept ucun
28 aprel 2015 21:47
# 17
Ayten666
Menlik deyil

Menlik deyil
28 aprel 2015 21:20
# 16
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
tatyana
Menim qizim hazirliyir,mektebde trud dersinde oyrenib,dadli olur
28 aprel 2015 19:41
# 15
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Сладкий Ангел
kanyak shok dadi goren nece olar? hazirlamaq isterdim amma cox cetindi hazirlanmasi(
28 aprel 2015 19:22
# 14
.Bir gülüşüm var Sizlərə ömür...
Meleknur
Konyak var terkibinde hemde gornuwu qeribedi
28 aprel 2015 19:18
# 13
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
rəmsə
Kiviyə,çiyələyə,ananasa,şafdalıya və s.oxşayan peçennikləri görmüşdüm,bu da kartofa oxşar peçenye.Görən soğana oxşar peçenye də var?02Resept üçün tşk.
28 aprel 2015 19:15
# 12
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
konyaksiz olanini yemek olar

konyaksiz olanini yemek olar
28 aprel 2015 19:06
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
cetindi hazirlanmasi ama ferqli gorunusu var
28 aprel 2015 18:27
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
talis balasi
Mende butun resepleri oxudum goren kartof var terkiminde122
28 aprel 2015 18:17
# 9
Catwoman666
Cetindi hazirlamaq. Dadina bir soz deye bilmerem. Gorunusu de qeribedir mence
28 aprel 2015 17:47
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
bu cetin oldu, hazirlamaq cetin olar
28 aprel 2015 17:29
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
aziz a
Cox qeliz oldu..tesekkur.
28 aprel 2015 16:59
# 6
Qelbim doludu !!!!
Nergız33
Kanyaksız bişirmey olmaz?
28 aprel 2015 16:54
# 5
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Fialka
Nə qədər resept var tərkibini bəyənmədim konyak olduğuna görə..
28 aprel 2015 16:47
# 4
Dosta_inam
beyendim gözel görünür,ancaq kanyak tökmeden de bişirmek olar daa?
28 aprel 2015 16:37
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
nisanliyam
cetindi hemde sirniyyatlarda kanyaki sevmirem
28 aprel 2015 16:34
# 2
BARBI
Hazirlanmasi cox cetindi ama terkibi ve gorunusunu beyendim
28 aprel 2015 16:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz