Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Asan lahmacun resepti
Asan lahmacun resepti
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 24452
Səs ver:
Havaların soyuması həm də xəmir yeməkləri "mövsümünün” başlaması deməkdir. Bilirik ki, bu dəfə sizinlə reseptini paylaşmaq istədiyimiz yemək də çoxlarınızın sevimli qidalarındandır. İndi isə reseptə diqqət yetirək, ev şəraitində lahmacunun hazırlanması qaydası ilə tanış olaq.
6-7 nəfərlik lahmacun hazırlamaq üçün bizə lazımdır.

Tərkibi:
Xəmiri üçün:

1 xörək qaşığı maya
1 çay qaşığı şəkər tozu
1  stəkan ilıq su
4 stəkan un
2 çay  qaşığı duz

Üstü üçün:
25o q çəkilmiş qoyun əti
1 ədəd soğan
3 ədəd pomidor
1 dəstə cəfəri
3 diş sarımsaq
1 xörək qaşığı acı bibər tozu
duz
4 xörək qaşığı soyuq su

Hazırlanması:
Xəmiri hazırlayaraq işə başlayaq. Bir qabda maya, şəkər tozu və yarım stəkan ilıq suyu qarışdırın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü örtün, özünə gəlməsi üçün 30 dəqiqəlik isti yerdə saxlayın Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan yarım stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın. Sonra yenə xəmirin üstünü dəsmalla örtüb 1 saat gözləyin. Xəmir gələnə qədər içi hazırlamağa başlayın.

İç üçün ayırdığınız bütün ərzaqları xırda-xırda doğrayıb üzərinə bibər tozunu və suyu əlavə edib yaxşıca qarışdırın.

Sobanı 230Cdək qızdırın. Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. Bıçaqla 6-7 hissəyə bölün. Sonra isə kündələrin birini unlanmış yerdə oxlovla açın və unlanmış qaba qoyun. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 6-7 dəqiqə bişirin. Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Yanına doğranmış limon və cəfəri qoyub süfrəyə verin.

Nuş olsun!


Şərhlər:
Baxılıb: 24452
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz