Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yarpaq dolması
Yarpaq dolması
Göndərən: ŞehZam
Şərhlər:
Baxılıb: 3410
Səs ver:

 

Bu gün menyumuzda Azərbaycan süfrəsinin ən sevilən yeməklərindən biri olan yarpaq dolması var. Azərbaycan dolmasının özünəməxsus ləzzəti və ğörünüşü var. İçindəki bol bol göyərti dolmaya gözəl ətir qatır. Yarpaq dolması Türkiyə, İran, Yunanıstan, Livan və bir sıra başqa ölkələrin mətbəxlərində də mövcuddur. Bu ölkələrdə yarpaq dolması adətən uzunsov şəkildə bükülür. Azərbaycan dolması isə kiçik və yumru şəkildə olur.   Yarpaq dolmasını həm təzə yarpaqdan, həm də duza qoyulmuş yarpaqdan hazırlamaq olar.  Təzə yarpaqdan bişirilən yarpaq dolmasının  dadına doymaq olmur - o qədər ləzzətli olur ki.

4-6 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

450g çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 orta baş xırda doğranmış soğan
½ stəkan yumru düyü
½ stəkan xırda doğranmış keşniş
½ stəkan xırda doğranmış şüyüd
½ stəkan xırda doğranmış nanə
1 çay qaşığı duz
¼ çay qaşığı və yaxud zövqə görə istiot
80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
3 xörək qaşığı ərinmiş kərə yağı
½ stəkan su
Hazırlanması

1. Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər  yoğurun.

2. Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə:  Qazanda su qaynadın. Yarpaqları hissə-hissə qaynayan suda təxminən 2 dəqiqə ərzində tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Saplarını kəsin.

Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə:  Yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları suda 1-2 dəqiqə qaynadıb, süzün.

Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün.

3. Hər yarpağın ortasına təxminən 1-2 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı yumruvari bükün.

4. Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay lay düzün. Əgər təzə yarpaqdan istifadə etmişsinizsə, layların arasına azacıq duz əlavə edin.

5. Dolmaların üstünə yağı və suyu tökün. Axırıncı layın üstünə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar. Qazanın qapağını qoyun. Dolmanı əvvəlcə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirin. Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.

6. Dolmanı süfrəyə sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçünI qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.

Nuş Olsun! 08

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 3410
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz