Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Badımcan borucuqları
Badımcan borucuqları
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 4077
Səs ver:

Ən çox sevdiyin tərəvəz hansıdır deyə soruşsanız¸ heç tərəddüd etmədən badımcan deyərdim. Qizarmış və ya közlənmiş¸ ətli və ya ətsiz¸ isti və ya soyuq - badımcandan hazırlanan bütün yeməkləti xoşlayıram. Badimcan borucuqlarını yəgin ki, çoxunuz tanıyırsınız. Buna rulet də demək olar¸ amma mənim nədənsə borucuq sözündən daha çox xoşum gəlır. Hazırlanması heç də çətin olmayan bu qəlyanaltı eyni zamanda çox ləzzətlidir. Sizcə?


Badımcan borucuqları

4 porsiya üçün nəzərdə tutulub


Ərzaqlar:

2 iri badımcan 8 xörək qaşığı bitki yağı 2 xörək qaşığı mayonez 4 diş əzilmış sarımsaq ½stəkan xırda doğranmış qoz 1 ½ stəkan xırda doğranmış cəfəri və ya keşniş

1. Badımcanları qabıqlarını soymadan ½ santimetr qalınlığında uzunsov dilimlərə kəsın. Asağıdakı 1 üsuldan birini istifadə edərək bacımcanların acısını çıxardın. A) Badımcanı bir qaba yığın və üzərinə təxminən 2 xörək qaşığı duz səpin. Üzərınə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 30 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun,  yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın. B) Badımcan dilimlərini su doldurulmuş dərin bir qaba və ya ləyənə qoyun, üzərınə ağırlıq (qapaq və ya qab) qoyun. 30 dəqəqə müddətində kənarda qalsın. Sonra badımcanları yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın.

2. Tavada yağı qızdırın. Badımcan dilimlərinin hər iki tərəfini təxminən 5 dəqiqə ərzində qızardın. Tavadakı yağ azaldısa, bir qədər yağ əlavə edin. Badımcanları tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb təxminən 5 dəqəqə müddətində yağını süzdürün. VARİASİYA: Badımcan dilimlərini sobada da qızartmaq olar. Bunun üçün folqa kağızını azca zeytun yağıyla yağlayın. Dilimləri folqanın üstünə düzün və üzərlərinə azca zeytun yağı sürtün. 230C-lik sobada təxminən 20-25 dəqiqə və ya üstü qızaranadək bişirin. Bu müddət ərzində dilimləri digər tərəfinə çevirin ki, hər iki tərəf eyni qızarsın.


 

3. Dilimlər bir az soyuduqdan sonra, hər birinin uzərinə (bir tərəfinə) təxminən 1 çay qaşığı mayonez sürün, bunun da üzərinə əzilmiş sarımsaq, qoz və bol-bol göyəri sərpişdirin. Dilimləri rulet şəlkində qatlayın. 


 

 

 

Nuş Olsun!

/Mənbə: Fəridənin yemək kitabı/



Şərhlər:
Baxılıb: 4077
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz