Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Caxoxbili(GURCU YEMEYI).
Caxoxbili(GURCU YEMEYI).
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1528
Səs ver:

Qamarjoba, dostlar!

Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı Çaxoxbilidir.  Həyatımda  yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim toyuq çığırtmasını hatırladır, amma yenə də özünə məxsus fərqi və ləzzəti var. Dadını yazmaqla izah etmək çox çətindir. Bişirin görün.

Uşaqlıqda Balakən rayonuna nənəmgilə getdiyimizdə, bir neçə dəfə qohumlar yığışıb Balakənlə sərhəd olan Gürcüstan şəhəri Laqodexiyə getmişdik. O xatirələr unudulmazdır. Düzdür, orada çaxoxbili yeməmişdik. Demək ki, qismət onu Amerikada yemək imiş:)Reseptin müəllifi Gürcüstan mətbəxi haqqında kitab yazan Amerikalı xanım Darra Qoldstayndır. Ona dözməyib bu yeməyi tez-tez bişirdiyimi yazmışdım, o da mənə bunu eşitməsinə nə qədər sevindiyini cavab yazmışdı və təəssüflə Gürcüstana getdiyində Azerbaycanı da ziyarət edə bilmədiyini qeyd etmişdi. Bəlkə bir gün onu ora mən dəvət edərəm:)

Çaxoxbili əslində qırqovuldan hazırlanır. Amma müasir Gürcü mətbəxində toyuq ilə əvəz olunur. Qırqovulla çaxoxbilinin hazırlanması eyniylə aşağıdakı kimidir. Nuş Olsun!


ÇAXOXBİLİ
Resept Darra Goldstein: The Georgian Feast kitabından götürülmüşdür.

6-8 porsiya üçün nəzərdə tutulub

2 qaşıq ərinmiş kərə yağı və ya duru yağ
1 toyuq (təxminən 1 kg 500 q) - 10 tikəyə bölün (mən burada hərdən sümüksüz bud ətindən istifadə edirəm)
4 ədəd orda boy soğan - doğrayın
8 ədəd orta boy pomidor - soyun və iri-iri doğrayın
3 diş sarımsaq - soyun və xırda-xırda doğrayın
təxminən yarım stəkan doğranmış göyərti qarişığı  (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)
bir çimdik qırmızı acı  toz-bibər (zəruri deyil, mən istifadə etmirəm)
duz
istiot

1.     Yağı iri tavada əridin. Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.

2.      Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.

3.     Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin. Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin.


 


Şərhlər:
Baxılıb: 1528
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz